Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?

Bir müddət əvvəl Qubanın axundu ilə intim görüntüləri yayılan qadın ağır cinayətdə ittiham edilərək hakim qarşısına çıxarılır. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi olmuş Elnur Əfəndiyevlə görüntüləri yayılmış Z.Q (ad və soy ad şərtidir) hakim önünə çıxarılır.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu və şantajla külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə daha bir nəfər- İftixar Ağayev də məsuliyyətə cəlb edilib. Onun barəsində də polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Z.Q və İftixar Ağayev birlikdə Elnur Əfəndiyevi videogörüntülərlə şantaj edərək 75 min manat tələb etməkdə suçlanırlar.

Xatırladaq ki, bir müddət əvvəl bəzi sosial şəbəkələrdə axund Elnur Əfəndiyevin bir qadınla intim münasibətlərini əks etdirən görüntülər yayılmışdı. Bundan sonra Elnur Əfəndiyev vəzifəsindən kənarlaşdırılıb.

O zaman hadisənin təfərrüatı barədə ətraflı məlumatlar üzə çıxmadı. Amma hadisədən aylar sonra baş verənlərin olduqca ilginc təfərrüatları məlum olubr.

Musavat.com-un əldə etdiyi məlumata görə, Z.Q uzun müddət axundun tələbəsi olub və ondan dini dərslər alıb. Onlar arasındakı münasibətlər bu zaman yaranıb.

Z.Q ifadəsində deyib ki, əfəndi olaraq qəbul etdikləri, hər sözünə güvəndikləri Elnur Əfəndiyevin dediklərinin təsiri altına düşüb. Ailəli olduqları müddətdə belə onunla münasibəti olub.

Elnur Əfəndiyev qadını inandırıb ki, əgər onunla münasibətdə olmasa başına böyük fəlakətlər gələcək.

İttihamda göstərilir ki, Z.Q aralarında olan bu münasibətdən sonra evinə gizli kamera quraşdırıb və Elnur Əfəndiyevi şantaj edərək, ondan ev alması üçün pul tələb edib.

Z.Q isə ittihamla razılaşmır və deyir ki, E.Əfəndiyev ev almaq məsələsini özü vəd edibmiş.

Bu işdə adı keçən İftixar Ağayev isə Z.Q-ya kameranın quraşdırılması ilə bağlı kömək edib. Amma o da şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir. İ.Ağayev özünü təqsirli bilmir.

Hazırda məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, işin olduqca maraqlı təfərrüatları var. E.Əfəndiyevin Z.Q-ya verdiyi vədlər, Z.Q ailə həyatı qurduqdan sonra axundla davam edən münasibəti, bir neçə şəxsin dini lider sayılan, "ustad, "əfəndi" kimi qəbul edilən E.Əfəndiyevin iç üzünü açmaq üçün qurduqları plan barədə növbəti yazıda daha geniş məlumat verəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar