Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlundan Diaspor Komitəsinə 3,5 milyonluq “Azərbaycan Evi” ittihamı

Diaspora Komitəsi 2019-cu ildə “Azərbaycan Evi” və diaspora qurmaq adıyla 3,5 milyon manat xərcləyib, amma ortada nə “ev” var, nə də düz-əməlli diaspora...

Ötən il lobbi quruculuğu üçün yalnız Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 000 manat xərcləyib. Bu açıqlamanı iqtisadçı alim, professor Qubad İbadoğlu verib. O bildirib ki, amma hələ də xaricdə də birləşə bilmirik.

İbadoğlu hazırda yaşadığı ABŞ-dakı vəziyyyətdən danışıb:

ABŞ-ın Nyu York şəhərində bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir, Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur. Görəsən, bu qədər vəsait nə üçün xərclənib?”, seyə ABŞ-da yaşayan iqtisadçı sual edib.

Qubad İbadoölu xaricdə yaşayan azərbaycanlılara üz tutaraq onlara çağırış edib:

“Əziz soydaşlar, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 milyon 500 000 manat vəsait xərclənib.

Bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib. Bununla yanaşı, qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımının da bir hissəsi olmayan diaspora fəaliyyətinin gücləndirilməsinə yönəldilir. Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı? Bu vəsait necə bölüşdürülür və kimlər bundan faydalanır?
Xahiş edirəm, məlumatlı şəxslər şərh bölməsində fikirlərini yazsın.

Mən ABŞ-da hər dəfə ölkəmizin yerləşdiyi coğrafiyanı anlatmaq üçün yerli şəxslərə izahatlar verəndə bir çox hallarda qonşularımızı tanıdıqlarının şahidi olmuşam və məyus olmuşam. Burda olduğum müddətdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin heç bir layihəsinə cəlb olunmamışam, Azərbaycan Diasporuna Dəstək Fondundan yardım istəməmişəm, düşünmüşəm ki, ehtiyac olanlar alsın.

Sizə Fonddan dəstək verilibmi? Komitədən layihələr almısınızmı?

Bilən varsa yazsın görək, hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı?

Suallar çox olsa da ünvanı birdir. Odur ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə bölüşdürülməsinə dair açıqlama versə, bilərdik ki, bu vəsaitlər hara, necə və kim tərəfindən xərclənib”. (Time TV)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Ən çox oxunanalar