Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Pensiyaçıların sayı ən yüksək templə Azərbaycanda azalır”

MDB Statistika Komitəsinin 2020-ci il yanvarın 1-nə olan hesabatına istinad edən iqtisadçı Qubad İbadoğlu Azərbaycanın əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayına görə yalnız Qırğızıstan, Özbəkistan və Tacikistandan üstün olduğunu yazır.

Novator.az bildirir ki, həmin statistikaya əsasən, əhalinin hər 1000 nəfərinə Rusiyada 297, Belarusda 267, Moldovada 262, Ukraynada 258, Ermənistanda 158, Qazaxıstanda 157, Azərbaycanda 127, Qırğızıstanda 125, Özbəkistanda 115, Tacikistanda 77 pensiyaçı düşür.

Qubad İbadoğlu statistikanın Azərbaycanda orta ömür uzunluğunun az və pensiyaya çıxmaq yaşının yüksək olmasına dəlalət etdiyini yazır:

“Hesablamalar göstərir ki, gözlənilən pensiya ödənişi müddəti Azərbaycan və Tacikistanda 7 il, Özbəkistan və Qırğızıstanda 8 il, Qazaxıstanda 9 il, Gürcüstanda və Moldovada 10 il, Rusiya və Ukraynada 11 il, Ermənistanda 12 il, Belarusda 14 ildir. Yaxın ölkələr arasında pensiyaçıların sayı ən yüksək templə Azərbaycanda azalır”.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar