Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu hakimiyyətə “Yol xəritəsi” təklif edir

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası “Xalq Hakimiyyətinə (İştirakçı Demokratiyaya) keçidin Yol Xəritəsi”ni işləyib hazırlayıb.

“Yol Xəritəsi”ndə parlamentin “Lüstrasiya haqqında” Qanun qəbul etməsini, konstitutsiya islahatlarının aparılması üçün müstəqil, iqtidar və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Eyni zamanda, azad və ədalətli seçkinin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasının müstəqil, iqtidar və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə yenidən formalaşdırılması təklif olunur.

ADR qarışıq seçki sisteminin bərpa olunmasını və parliamentin tərkibinin 150 nəfərə qədər genişləndirilməsini, onların yarısının proporsional, digər yarısının isə mojaritar qaydada seçilməsini vacib hesab edir.

“Yol Xəritəsi”ndə hakimiyyətin hər üç qolunun bir-birinə qarşılıqliı nəzarət edə bilməsi üçün hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, icra hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdılması, parallel icra strukturlarının, o sıradan vitse-prezidentlik institutunun ləğv edilməsi, Milli Məclisin və Məhkəmə hakimiyyətinin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

İnsan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatların illik hesabatlarında ölkəmiz haqqında qaldırılan problemlərin hakimiyyət, müstəqil və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə işçi qrupu tərəfindən araşdırılması, əldə edilmiş tapıntıların uyğun dövlət orqanlarının icraatına, ictimaiyyətin nəzarətinə verilməsi təklif olunur.

Eyni zamanda, korrupsiya, çirkli pulların yuyulması, qanunsuz maliyyə əməliyyatları və xaricə kapital axını ilə bağlı beynəlxalq təşkilatların illik hesabatlarında ölkəmiz haqqında dərc edilən araşdırmaların hakimiyyət, müstəqil və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə işçi qrupu tərəfindən araşdırılması, əldə edilmiş nəticələrin uyğun dövlət orqanlarının icraatına, ictimaiyyətin nəzarətinə verilməsi. Bundan sonra maliyyə amnitsiyasının elan edilməsi nəzərdə tutulur.

ADR Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara üzv olarkən təməl insan hüquq və azadlıqlarına dair üzərinə götürdüyü öhdəlikləri qısa bir zamanda həyata keçirməsində, o cümlədən sərbəst toplaşma azadlığının, mətbuat azadlığının, ifadə azadlığının, sərbəst hərəkət azadlığının təmin edilməsində, könüllü birləşmək hüququna yaradılan süni maneələrin aradan qaldırılmasında israr edir.

Sənəddə, həmçinin, siyasi məhbusların azad edilməsi təklif edilir.

Təməl insan hüquq və azadliqlarının təmin olunması üçün ayrica konstitutsiya qanununun qəbul edilməsi və qanunun pozulmasına görə ən ağır cəza növününü tətbiq olunması təklif olunur.

ADR Azərbaycanın Avropa Şurası tərəfindən formalaşdırılan “korrupsiyaya qarşı dövlətlər qrupu”nun (GRECO) tövsiyələrinə əməl etməsini zəruri hesab edir.

Korrupsiya və rüşvətə qarşı mübarizə məqsədi ilə istisnasız olaraq bütün dövlət qulluğunda çalışan şəxslərdən illik gəlir deklarasıyasının tələb olunması zərurəti qeyd edilir.

Eyni zamanda, məhkəmələrin müstəqliyinin təmin olunması, maraqlar münaqişəsi haqqında qanun qəbul edilməsi, dövlət sifarişlərinin icrasının rəqabətli və açıq tenderlər əsasında təşkil olunması, şəffaflıq və hesabatlılıq standartlarının sərtləşdirilməsi təklif olunur.

Bununla yanaşı, Bakı və Gəncə şəhərlərində böyük şəhər bələdiyyəsinin yaradılması təklif olunur.

“Yol Xəritəsi”ndə xarici siyasət problemləri də əksini tapıb.

Xüsusən, Azərbaycanın avrointeqrasiyasının sürətləndirilməsi, Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanması, Azərbaycanın ÜTT-uə üzv olması təklif olunur.

Bundan başqa, icra hakimiyyəti orqanlarının, məhkəmələrin, polisin fəaliyyətinə nəzarət üzrə İctimai Nəzarət Şurası, habelə korrupsiyaya qarşı mübarizə üzrə ictimai komissiya yaradılması təklif olunur.

Xatırladaq ki, ADR Partiyasının lideri tanınmış iqtisadçı alim Qubad İbadoğludur.(Gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Ən çox oxunanalar