Çexiyada Rusiya səfirliyinin suyunun və elektrikinin kəsilməsi ilə bağlı petitsiya verilib…
PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Çexiyanın “Putin üçün hədiyyə” Xeyriyyə Təşkilatı Rusiyanın Praqadakı səfirliyinin bütün binalarında su və elektrik enerjisinin kəsilməsini təklifi ilə çıxış edib.
Təşkilat qeyd edib ki, Moskvanın Ukraynada kritik infrastrukturu atəşə tutması nəticəsində su və işıqsız qalan ukraynalıların hiss etdiklərini təcavüzkar ölkənin diplomatları hiss etməlidir.
Təşkilatın petisiyasında deyilir ki, Rusiyanın Praqadakı səfirliyinin bütün binaları elektrik enerjisi və su təchizatından kəsilməlidir.
“Rusiyanın Praqadakı səfirliyinə öz şorbasının dadını verəcəyik. Bizim Bizim petitsiyamız var. İstəyirik ki, elektrik və su təchizatları Praqada Rusiya Federasiyasına aid olan bütün binalarda kəsilsin Qoy qaranlıqda kiyevlilər kimi soyuqdan donsunlar və Ukrayna xalqını hansı işgəncələrə düçar etdilklərini bilsinlər”, deyə təşkilatın yaydığı açıqlamada bildirilir.
pia.az