Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal masada yer tutmaq uğrunda mübarizə...

Rusiya əleyhdarları olan “şahinlərə“ görə Putin ABŞ-ın Çinə olan həssaslığından istifadə edərək qlobal masada ABŞ-a və Qərbə qarşı əlini gücləndirir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 iyun 2021-ci il

ABŞ prezidenti Co Baydenin 16 iyunda Cenevrədə Rusiya lideri Vladimir Putinlə görüşməsinin sərt formada keçməsi gözlənilirdi. Amerikadakı anti-rus “şahinlər” Putinə qatil deyən Baydenin Cenevrə görüşündən məmnun deyildilər. “Şahinlər” Baydenin Putinə ABŞ-ın sərt üzünü göstərməsini gözləyirdilər. Digər tərəfdən, “Rusiya qorxusu” ən yüksək həddə çatan Ukrayna və Polşa kimi ölkələr Cenevrə sammitindən narazı qalıblar.

Baydenin zirvə ərəfəsində “Şimal Axını-2” qaz kəmərində iştirak edən şirkətlərə Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardan imtina etməsi Polşa və Ukraynanı çox narahat edib. Ukrayna prezidenti Vladimir Zelenski Baydenin imtina qərarını mətbuatdan öyrənib. O da məlum olub ki, NATOAvropa Birliyinin üzvü olan Polşa da imtina qərarını mətbuatdan öyrənib. Halbuki, ABŞ dövlət katibi Entoni Blinken yanvar ayında Polşa xarici işlər naziri Zbiqnev Rauya Polşa ilə məsləhətləşməmiş Şimal Axını-2 xətti ilə bağlı heç bir qərar verməyəcəklərinə söz vermişdi. Blinkenin ABŞ Senatında bir iclasda Şimal Axını-2 layihəsini dayandırmağa qərarlı olduqlarına və bunun üçün Baydenin inandırıcı vasitələrdən istifadə edəcəyinə qarantiya verdiyi də məlum idi.

Polşa ABŞ-ın ən yaxşı müttəfiqlərindən biridir. Əlbəttə ki, məsələ maraqlar olduqda ABŞ-ın müttəfiqlərini tərk etməsi ilk dəfədir baş vermir. 1962-ci ildə ABŞ və Sovet İttifaqı arasındakı Kuba raket böhranı zamanı da Türkiyə oxşar vəziyyətlə qarşılaşmışdı. Vaşinqton və Moskva bu problemi bir-biri ilə əlbir olaraq həll etdi. Buna görə də, Vaşinqton qarşılıqlı olaraq İzmirdəki nüvə başlıqlı raketlərini, Moskva isə Kubadakı raketlərini sökməyə razılıq verdi. Amerikalılar bunu türklərə demədilər. “Yupiter” raketlərinin söküldüyünü illər sonra öyrəndik.

Bəs niyə Bayden belə etdi? Məsələ, əlbəttə ki, ilk növbədə Çinlə bağlıdır. “Soyuq Müharibə” dövründə Vaşinqton Sovet İttifaqına qarşı Qərbi Avropa və Yaponiya ilə ittifaq qurdu. Daha sonra Çin də faktiki olaraq bu ittifaqa daxil edildi. ABŞ prezidenti Riçard Nikson 1972-ci ildə Pekinə getdi və Çin lideri Mao ilə görüşdü. Bu gözlənilməz səfər ABŞ və Çin arasındakı gərginliyi azaltmaq üçün atılan ilk addım idi. Əvvəllər Çin Sovet İttifaqının ən yaxın dostu idi. İndi isə ABŞ-ın Çinə qarşı Rusiya ilə yaxınlaşması barədə fikirlər səsləndirilir.

Bir neçə gün əvvəl ABŞ müdafiə naziri Loyd Ostin Pentaqonun 2022-ci il büdcəsi üçün Senatın Vəsait Komitəsinin iclasında müdafiə siyasəti baxımından Çini əsas təhlükə olaraq gördüklərini vurğulayıb. Ostin Çinə qarşı Sakit Okeanda mübarizəni təkmilləşdirmək üçün 5 milyard dollardan çox vəsait ayırdıqlarını da qeyd edib. Bayden rəhbərliyi altında Pentaqonda və digər əlaqədar qurumlarda Çinə qarşı daha təsirli bir mübarizə üçün yeni bölmələr də qurulub. ABŞ da Hindistan, Avstraliya və Yaponiya ilə sıralarını sıxlaşdırmağa çalışır. ABŞ üçün Çin məsələsi yalnız müdafiə ilə bağlı deyil. Çin dünyada ABŞ-dan sonra ikinci böyük iqtisadiyyata sahibdir. Çin yeni nəsil texnologiyalarında da ABŞ-ı keçmək üçün ciddi addımlar atır.

ABŞ-da Çini dayandırmaq üçün Rusiya ilə yaxınlaşma tərəfdarı olan xarici siyasi elitalardan bəhs etmişik. Bu elitalar istənilən halda Rusiyanın Çindən uzaqlaşdırılmasını istəyirlər. Digər tərəfdən də bu fikrə qarşı çıxanlar Rusiyanın Qərblə uyğunlaşaraq inkişaf etməli olduğunu müdafiə edən və “Qərbləşdirənlər” olaraq xarakterizə edilən Rusiya siyasət qrupunun gücünü itirdiyini iddia edirlər. Buna görə, “Qərbləşən elitalar” ilə “torpağın insanları” olaraq xarakterizə edilən millətçi elita arasındakı güc mübarizəsində Putin “millətçilərə” üstünlük verib. Bu baxımdan ABŞ-ın Rusiya ilə yaxınlaşmaq cəhdi mənasızdır. Bu fikir həm də anti-Rusiya şahinlərinin fikirləri ilə uzlaşır.

Baydenin Çin mərkəzli xarici siyasətinə uyğun olaraq Rusiya ilə “barışıq” prosesinə getməyə meylli olduğunu deyənlər də var. Digər tərəfdən, Baydenin “Şimal Axını-2” sanksiyalarından imtina etməsi Ukraynaya 100 milyon dollarlıq hərbi yardım paketini dondurduğu xəbərini bu tendensiya ilə əlaqələndirir. Rusiya əleyhdarları olan “şahinlərə“ görə isə Putin ABŞ-ın Çinə olan həssaslığından istifadə edərək qlobal masada ABŞ-a və Qərbə qarşı əlini gücləndirir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar