Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal Forumun iştirakçıları Şuşanın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar - Fotolar

İyulun 22-də milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

"Report" xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.

Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Fotolar

Poliqon.info 


Etiket: Şuşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar