Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymət artımları davam edəcək - Vahid Əhmədov

İnanmıram ki, Azərbaycanda hansısa qıtlıq olsun...

"Hazırda dünyada gedən proseslər onu göstərir ki, qiymət artımları davam edəcək".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Azərbaycan xaricdən kifayət qədər məhsul idxal edir.

"Avropa dövlətlərində də qiymət artımları var. Onların Rusiyadan idxal etdikləri qaz kəksin azalıb, qiymət yüksəlib. Bu, dünyada olan problemdir. Dünyanın bir hissəsi olduğumuz üçün bizə də təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin bu ilin sonuna yekunlaşması yaxşı olardı. Ticarət əlaqələrinin yenidən qurulması çox vacibdir. Belə ki, iqtisadi zəncir qırılıb. Onu qurmaq üçün müəyyən qədər vaxt lazımdır".

V.Əhmədov xatırladıb ki, bəzən ərzaq qıtlığının ola biləcəyi ilə bağlı fikirlər səsləndirilir:

"İnanmıram ki, Azərbaycanda hansısa qıtlıq olsun. Ölkəmizin 56 milyard dollara yaxın valyuta ehtiyatı var. O baxımdan istənilən dövlətdən məhsul alıb gətirmək olar. Amma qiymət artımları üzərində işləmək lazımdır. Qiymət artımı elə olsun ki, insanlar gündəlik tələbatını ödəyə bilsin, problem olmasın".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar