Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırmızı dənizdəki böhrandan kimlər və necə əziyyət çəkir?

Yəmən husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumları davam etdirəcəklərinə söz veriblər. Əgər ABŞ onlara müdaxilə etsə, onlar da Amerika gəmilərinə hücum edəcəklər...

Poliqon xəbər verir ki, bunu "Ənsar Allah" (Husilər) hərəkatının lideri Əbdülməlik əl-Husi deyib.

Əvvəlcə üsyançılar İsrailə gedən bütün gəmilərə hücum etmək niyyətində idilər. Vaşinqton hələ də diplomatik həllə üstünlük verir. Qırmızı dənizdəki böhran iqtisadiyyata təsir etməkdə davam edir: mallar ləngiyir, onların qiymətləri yüksəlir və bunun fonunda dəniz daşıyıcılarının kapitallaşması artır.

Qırmızı dənizdəki böhrana ilk reaksiya verən neft olub. "Bloomberg" yazır ki, dekabrın 20-də "Brent" və WTI neftinin fyuçersləri dekabrın zirvəsinə qalxıb: bir barel üçün müvafiq olaraq 80 və 75 dollar. Ancaq bunlar yalnız ilk təsirlərdir. "Bloomberg" müəllifləri hesab edir ki, Qırmızı dəniz qlobal ticarətin 12%-ni təşkil edir və bir sıra hücumlardan sonra marşrut artıq təhlükəsiz görünmür.

"Financial Times" müəliflərinin məlumatına görə isə 100-dən çox konteyner gəmisi marşrutlarını dəyişib və səyahətə iki həftəyə qədər əlavə olaraq Afrika ətrafında dolama yol alır. Qalanları Qırmızı dənizdə hərbi mühafizənin artırılmasını xahiş edirlər. Amma bu marşrut indi daha uzun çəkir - gəmilər konvoyları gözləməyə məcbur olurlar. Bütün bunlar yükdaşıma və sığorta qiymətlərinin bahalaşmasına səbəb olur. Nəşrin həmsöhbətləri bildirirlər ki, bəzi operatorlar tarifləri 300% artırıb.

"Bloomberg"in hesablamalarına görə, daşıyıcılar bundan faydalanır: həftə ərzində dünyanın ən böyük ictimai nəqliyyat şirkətlərinin bazar kapitallaşması təxminən 22 milyard dollar artıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Ən çox oxunanalar