Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb-Rusiya qarşıdurmasında Azərbaycan neytrallığını saxlaya biləcəkmi?


Sülhəddin Əkbər: "Azərbaycanın balans siyasəti tərəflərin hər ikisində etibarsızlıq yaradır".


Vəfa Quluzadə: "Rusiya Qərbdən çəkinərək bəzi alternativ planlar qurmağa çalışır".

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə konsruktiv əməkdaşlığın artıq mümkünsüz olduğu  və Rusiyanın sivill dünyadan təcrid olunması zərurəti haqqında fikirlər səsləndirib. Bu faktiki olaraq soyuq müharibəninin yenidən başlaması olaraq qəbul olunur. Soyuq müharibə bərpa olunuduğu təqdirdə postsevet ölkələrində siyasi situasiya necə dəyişə bilər. PİA.AZ-ın əməkdaşı bu sualla Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərə və politoloq Vəfa Quluzadəyə müraciət edib.

Sülhəddin Əkbər: "Həm ABŞ, Avropa Birliyi, həm də Rusiya öz sərhəd xəttlərini çızdıqlarına görə bu sərhəd xəttində olan ölkələrdən mövqe istənilir". 

Sülhəddin Əkbər fikrincə hazırda postsovet məkanında Qərblə Rusiya arasında geosiyasi qarşıdurma var və bu qarşıdurma nəticəsində dünyanının yeni geosiyasi xəritəsi cızılacaq:

"Bu geosiyasi qarşıdurma Şərqi Avropadan artıq GUAM ölkələrindən keçib. Artıq Gürcüstan, Moldova və Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı ilə assosiativ saziş imzalaması gözlənilir. Amma digər tərəfdən də Rusiya öz geosiyasi sərhədlərini yenidən qurur. Həm ABŞ, Qərb, həm də Rusiya öz sərhəd xəttlərini çızdıqlarına görə bu sərhəd xəttində olan ölkələrdən mövqe istənilir. May ayında da Moskvada Avrasiya İttifaqı ilə bağlı mühüm qərarların qəbulu gbözlənilir. Ona görə də mövqelərin aydınlaşması prosesi gedir.

Mövqelərin aydınlaşmasında Ukrayna, Moldova və Gürcüstan öz mövqeyini aydın şəkildə ortaya qoyub. Azərbaycan isə istəyir neytral qalsın. AzərbaycanAvropa Birliyinə, nə də Avrasiya İttifaqına üzv olmaq istəmir. Bu baxımdan təzyiqlər gözləniləndir. Azərbaycanın balans siyasəti tərəflərin hər ikisində etibarsızlıq yaradır. Seçim vaxtı çatıb. Rusiya Azərbaycandan seçim etməyi tələb edir. Neytral qalmaq mümkün olmayacaq. Əgər Avropa Birliyi Azərbaycana neytral qalmasına görə təzyiq etməyəcəksə, bunu Rusiya haqqında söyləmək çətindir». 

Vəfa Quluzadə: "Neytral qalmaq Azərbaycan üçün heç də asan olmayacaq".

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Azərbaycanın böyük tranzit əhəmiyyəti olduğu üçün neytral qalması çətin olacaq: 

"Rusiya və Qərb arasında münasibətlər və əlaqələr Ukraynada baş verənlərdən dolayı ən pik nöqtəyə çatıb. Rusiya Qərbdən çəkinərək bəzi alternativ planlar qurmağa çalışır. Qərb Rusiyaya iqtisadi zərbə vurmaq üçün bir neçə yola əl atmağa çalışır. Bunlardan biri və birincisi Rusiya qazından imtina etməkdir. Azərbaycanın böyük tranzit əhəmiyyəti var. Ona görə də, neytral qalmaq Azərbaycan üçün heç də asan olmayacaq. Amma Azərbaycanın neytrallığını qoruyub saxlaya bilməsi bixim ölkəmiz üçün həyat əhəmiyyətlidir.

Müxtəlif şəxslərin dili ilə Putin rəsmi Bakıya təzyiqlər edir. Rusiya siyasətçiləri və mətbuatı Azərbaycana qarşı iddialvarla çıxış edir və Azərbaycanı küncə sıxmaq üçün  müxtəlif məlumatlar yayırlar. Bu əslində şantaj və hədə siyasəti kimi əsəb müharibəsinin elementləridir". 

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar