Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması üçün tədbirlər davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir...

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin ötən dövrü ərzində Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6012 ədəd feromon tələ asılıb. Qəhvəyi mərmər bağacığının sirayətlənmə dinamikasını izləmək və ona qarşı aparılacaq mübarizə tədbirlərini vaxtında həyata keçirmək məqsədilə həmin feromon tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində zərərvericilər müşahidə olunub. Aşkarlanmış zərərvericilər toplanaraq mexaniki məhv edilib. Hazırda AQTAAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən Qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Həmçinin respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabr ayından Mazımqara sərhəd-buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb.

Qeyd edək ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda Qəhvəyi mərmər bağacığının yaşayış məntəqələri ətrafında toplanması müşahidə olunur. Zərərvericilər qışlamaq üçün sığınacaqlar axtarır. Bu da Qəhvəyi mərmər bağacığının asanlıqla məhv edilməsinə zəmin yaradır. Eləcə də bu dövrdə Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri üçün heç bir təhlükəsi olmur.

Onu da bildirək ki, kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi hallarda zərərvericinin bitkidə zədəsi digər zərərli orqanizmlərin zədəsi ilə səhv salınır. Ona görə də, təsərrüfat sahiblərinə bitki üzərində zədə əlamətləri aşkar etdikdə, mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar