Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

“Şamaxı Astrofizika Rəsədxanasının bizə verdiyi təqvimə görə, ehtimal olunan Qədr gecələrindən birincisi martın 28-nə, ikincisi 30-a, üçüncüsü aprelin 1-nə, sonuncusu aprelin 5-nə təsadüf edir”...

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib.

“Qurani-Kərim” islam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlüklə nazil olub. Bu gecəni də Allah gizlin saxlayıb, səbəbi isə odur ki, insanlar çoxlu Qədr gecəsi keçirə bilsinlər. Peyğəmbər “Qədr gecəsi hansı gündür?” sualını verəndə: “Sonuncu 10 gündə axtarın”, - cavabını alıb. Buna görə də Ramazan ayının son ongünlüyünə çatanda çoxlu dualar edərək Quranın savabından bəhrələnməliyik”, - o deyib.

İlahiyyatçının sözlərinə görə, Qədr gecəsinin özünə aid əməl, dua, zikrləri  var:

“İnsan Qədr gecəsinə çatıbsa, səhərə qədər yatmayıb dua etsə, namaz qılsa, ibadət etsə, yaxşıdır. İmkan varsa, qüsl etməli, bunu edə bilmirsə, dəstəmaz almalı, iki rükət namaz qılmalı, xüsusi zikr və duaları oxumalı, çoxlu istiğfar etməli - yəni günahlarını xatırlamalı, tövbə edərək bağışlanmağını istəməlidir.

Qədr gecəsində imkanı olanların süfrə açıb, maddi cəhətdən yoxsullara dəstək olmaları, savab işlər görmələri məsləhətdir. Müqəddəs gecədə oyaq qalmağın savabı böyükdür. Qədr gecəsində dünyasını dəyişmiş insanlar üçün, Vətən, dövlət üçün də dualar olunmalıdır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar