Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaziləri intihar hallarına gətirən məmurlar, məsul şəxslər ciddi cəzalanmalıdır” - Hafiz Hacıyev

Səbəbindən asılı olmayaraq ölkədə 36 qazinin intihar etməsi dəhşətli hadisədir...

Müasir Müsavat Partiyasının sədri: “Bizim qazilərimizə böhtan, şər atırlar. Buna görə də erməni saytları yazırlar ki, bizim heyfimizi Bakıdakı qohumlarımız alırlar”.

“Təcili olaraq Sabirabadın icra başçısı həbs edilməlidir. Onun milyardları əlindən alınmalıdır”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə son zamanlar artan qazi intiharlarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Vətən müharibəsi iştirakçılarının intihar etməsi ilə bağlı xəbərlər artmaqdadır. Artıq 36 müharibə iştirakçısı intihar edib. Yazılanlara görə, onların bir çoxu səbəbsiz, öncədən hər hansı narazılıq bildirmədən - ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bəziləri ağrılara dözə bilməmələri səbəbindən özünə qəsd edib. Bir çoxu isə üzləşdiyi haqsızlıqlara, pensiyasının kəsilməsinə, əlillik ala bilməmələrinə, bir sıra məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər.

Qazilərin intihar səbəblərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “İcra başçıları qanunsuz saxladıqları qadınlara xərclədiklərinin bir faizini əhaliyə versələr, rayonda vəziyyət indiki halda olmaz”.

Ölkə prezidenti və onun xanımının ölkədə qazilədən ötrü bütün şəraitin yaradılmasına göstəriş verdiklərini xatırladan partiya sədri bildirib ki, dövlət içində həm prezidentə, həm də birinci vitse-prezidentə qarşı çox böyük əks hücum başlayıb:

“Qazilərin intihar etməsində dövlət başçısına xəyanət edən məmurlar günahkardır. Məmurlar istəsələr bu hadisələr baş verməz. Onlar bu problemi çox rahat şəkildə həll edərlər. Sadəcə olaraq hakimiyyət daxilində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr var. Bu qüvvələr bu gün Azərbaycanda at oynadırlar və çalışırlar ki, ölkədəki sabitliyi pozsunlar. Onlar bu istəklərinə qismən də olsa, nail olublar.

Sabirabadda özünü öldürən qazi haqqında mənəviyyatı olmayan rayon icra başçısı hadisənin xəstəxanada olduğunu deyir. Bu çox böyük biabırçılıqdır. Bizim qazilərimizə böhtan, şər atırlar. Buna görə də erməni saytları yazırlar ki, bizim heyfimizi Bakıdakı qohumlarımız alırlar. Bu da çox utancverici haldır. Artıq nifrət edirsən ki, böyük qələbədən sonra rüşvətxor, korrupsiyaya bulaşmış rayon icra başçıları ölkədə at oynadırlar.

Rayon icra hakimiyyətləri qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə, şəhid ailələri ilə maraqlanmalıdırlar. Onlar bu kateqoriyaya aid olan ailələrin sosial təminatında ciddi işlər görməlidirlər. Onsuz da ölkədə vəziyyət günü-gündən pisləşir. Bundan da istifadə edib ölkədə narazı qüvvələrin, dövlətə inamsızlığın sayını artırırlar. Çalışırlar ki, ölkədə vəziyyət nəzarətdən çıxsın. Buna görə ciddi tədbirlər görülməlidir.

Hafiz Hacıyev: “Onlar düşünmürlər ki, biz Qarabağımızı seperatçılardan, o cümlədən hakimiyyət daxilindəki ermənilərdən tam azad etməmişik. Onlar ancaq müharibəsində qalib gələn ordunu nüfuzdan salmaqla məşğuldurlar”.

Qaziləri intihar hallarına gətirən məmurlar, məsul şəxslər ciddi cəzalanmalıdır. İcra başçılarının hamısının milyonları var. Həbs edilən icra başçılarının mülklərini məhkəmələr sayıb qurtara bilmir. Hətta icra başçıları qanunsuz saxladıqları qadınlara xərclədiklərinin bir faizini əhaliyə versələr, rayonda vəziyyət indiki halda olmaz. Amma onlar ölkədə əmin-amanlığın yaranmasını istəmirlər.

Ölkə prezidenti və onun xanımı ölkədə qazilədən ötrü bütün şəraitin yaradılmasına göstəriş verib. Amma dövlət içində həm prezidentə, həm də birinci vitse-prezidentə qarşı çox böyük əks hücum başlayıb. Onların gördükləri işlərə kölgə salmaq üçün növbəyə düzülüblər. Biz heç kəsə şər atmırıq. Hər bir iş xalqın gözünün önündə baş verir.

Təcili olaraq Sabirabadın icra başçısı həbs edilməlidir. Onun milyardları əlindən alınmalıdır. Bundan əvvəl də Sabirabadda qazi özünü öldürmüşdü. İcra başçısı da demişdi ki, məişət probleminə görə qazi intihar edib. Sabirabadın icra başçısı şərabazın, avaranın biridir. Onun övladlarının biri də Vətən müharibəsində iştirak etməyib. Onlar bu gün Vətən müharibəsində iştirak edənləri gözdən, ruhdan salırlar. Onlar düşünmürlər ki, biz Qarabağımızı seperatçılardan, o cümlədən hakimiyyət daxilindəki ermənilərdən tam azad etməmişik. Onlar ancaq müharibəsində qalib gələn ordunu nüfuzdan salmaqla məşğuldurlar. Bu da çox qorxulu bir haldır. Buna dözmək də mümkün deyil.

Hafiz Hacıyev: “Bilmirəm niyə Müdafiə Nazirliyi öz hərbiçilərinə sahib çıxmır? Bilmirəm Sosial Müdafiə Nazirliyinin işçiləri niyə qazilərə qarşı bu vəziyyəti yaradır?”.

Düşünürəm ki, bu məsələdə xalq dövlət başçısı ilə bir yerdə olub məmurlara qəti sözünü deməlidir. Bu ver insanlar Azərbaycan hakimiyyətində qalmamalıdırlar. Bilmirəm niyə Müdafiə Nazirliyi öz hərbiçilərinə sahib çıxmır? Bilmirəm Sosial Müdafiə Nazirliyinin işçiləri niyə qazilərə qarşı bu vəziyyəti yaradır? Onların məqsədi nədir? Elə bil xüsusi qüvvələr ölkədə xalqla dövlər arasında bir baryer yaradırlar və qarışıqlıq salırlar. Beləliklə də gələcəkdə dövlətin əleyhinə çıxmaq üçün şərait yaradırlar.

Bütün bunların hamısını düşünmək lazımdır. Əgər ciddi təbdir görülməsə, bu tendensiya ardıcıl olaraq davam edəcək və pis nəticə verəcək. Hər bir halda ölkədə baş verənlər yaxşı hal deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay