Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazaxıstan və Belarus Ermənistanı Avrasiya Birliyində istəmir“ - Ermənistandan açıqlama


Bu susqunluğu Ermənistan diplomatiyası üçün biabırçılıq hesab edib.


Ermənistanın Avrasiya Birliyinə girişi ləngiyir. Rusiya tədricən anlayır ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə ehtiyac yoxdur”. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, belə bəyanatla Ermənistan Sahibkarlar və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan çıxış edib. Onun sözlərinə görə qurum daxilində Ermənistanın Avrasiya Birliyinə üzvlüyünə mane olmağa çalışırlar.
Qaqik Makaryan ittihamları əsasən, Belarus və Qazaxıstanın üzərinə yönəldib. “Belarus və Qazaxıstan başqa olmaqla, ittifaq üzvləri anlayır ki, Ermənistan bura üzv olarsa, qurum daxilində səslərin bölgüsü dəyişəcək Qazaxıstan və Belarus başa düşür ki, Ermənistan Avrasiya Birliyinə üzv olarsa, Rusiyanı dəstəkləyəcək”. 
Qeyd edək ki, bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədə imza atıblar. Birliyin təsis iclasında iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan isə məyus olub. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın quruma girişi üçün  Azərbaycan dövlət başçısı İlham Əliyevin şərtini xatırladıb. Azərbaycan prezidenti tədbirə yazdığı məktubda Ermənistanı BMT-nin tanıdığı sərhədlər çərçivəsində Avrasiya İttifaqına üzv ola biləcəyi şərtini irəli sürüb. Məktub oxunan zaman isə Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan susqunluq nümayiş etdirib və buna heç bir cavab verə bilməyiblər. 
Ermənistanın bəzi siyasi dairələri və mətbuatı bu susqunluğu Ermənistan diplomatiyası üçün biabırçılıq hesab edib.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar