Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti ŞuşaFüzuli şəhərlərində olub.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Nümayəndə heyətini Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov müşayiət ediblər.

Şuşada qonaqlar Qala divarları, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi ilə tanış olub, Bülbülün ev muzeyinə, Xalça muzeyinə baş çəkib, Cıdır düzündə və İsa bulağında olublar. Qonaqlara məlumat verilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra bu abidələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətləri altında bərpa ediliblər.

Həmin gün Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri Füzuli şəhərinə gəliblər. Qonaqlar burada yeni istifadəyə verilmiş Füzuli Hava Limanında olublar. Qonaqlara məlumat verilib ki, qısa müddətdə tikilmiş bu hava limanına bu günlərdə ilk sınaq uçuşları keçirilib və hava limanı həm yük, həm də sərnişin təyyarələrini qəbul etmək imkanına malikdir.

Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına əsasən tikilib. Bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay