Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib - Foto

Cari ilin avqust ayından etibarən BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” layihəsi həyata keçirilir.

Layihənin əsas məqsədi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planı”nın kadr hazırlığı ilə bağlı müvafiq bəndinin icrasına töhfə verməkdir.

Layihə çərçivəsində sözügedən monitorinq qruplarının nümayəndələrinə mövzuya aid beynəlxalq standartlar və yanaşmalar, habelə mövcud milli qanunvericiliyə əsaslanaraq müvafiq bilik və bacarıqların artırılması məqsədilə təlimlər təşkil olunur.

Növbəti təlim dekabrın 2-də Qazax rayonunda keçirilib. Qazax Rayon İcra Hakimiyyətində keçirilən təlimdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir Rayon İcra Hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup rəhbərləri və üzvləri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən təlimin əhəmiyyətindən söz açıb. G.Həsənova Azərbacan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova başda olmaqla, “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” layihəsinin icra edilməsində əməyi keçən insanlara razılığını ifadə edib.

Sonra hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva çıxış edərək təlim iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini və fikirlərini bölüşüb, təlimin keçirilməsi üçün yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Təlim barədə ətraflı məlumat verən S.Əliyeva “Məişət zorakılığı və onunla mübarizə” mövzusunda açılış və təqdimat edib.

Daha sonra təlim  sessiyası olub. S.Əliyeva “Məişət zorakılığı nədir?”, “Məişət zorakılığının növləri”, “Mühafizə orderinin anlayışı”, “Mühafizə orderinin növləri”, “Mühafizə orderinin verilmə qaydası”, “Məişət zorakılığından digər müdafiə mexanizmləri” mövzularında geniş və əhatəli izahlar verib.

İştirakçılara keyslər paylanılıb və tapşırıq izah olunub. Keyslərin həlli üçün komandaların müzakirəsi olub. Keyslərin və həll yollarının təqdimatı keçirilib. Təlim sual-cavab sessiyası ilə başa çatıb.

Fotolar

Poliqon.info 


Etiket: Layihə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Ən çox oxunanalar