Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarlı hava şəraiti Bakıdan regionlara avtobus reyslərinə təsir etməyib


Bakı Beynəlxalq Avtovağzalı Kompleksi (BBAK) Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir


Bunu "Report"a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, ən çox qar müşahidə edilən Quba-Qusar bölgəsinə də sərnişin avtobusları işləyir: "Hava şəraiti ilə əlaqədar bu gün heç bir avtobus reysi təxirə salınmayıb. Bu gün digər günlərlə müqayisədə sərnişinlərin sayında artım müşahidə edilməyib, avtobus reysləri qrafik üzrə yerinə yetirilib. Ən son reys nəzərdə tutulduğu kimi, saat 18:00-da reallaşdırılacaq".

Onun sözlərinə görə, təhlükəsiz tədbirləri çərçivəsində avtobus sürücüləri təlimatlandırılıblar.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar təhlükəsizlik nəzərə alınaraq BBAK-dan ölkənin şimal-qərb hissəsinə yerinə yetirilən avtobus reyslərinin marşrutuna dəyişiklik edilib. Avtobuslar Ağsu aşırımından keçmir. Nəqliyyat vasitələri Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir hissəsi ilə hərəkət edir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar