Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda Vətən müharibəsinin Şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib - Foto

Görüşdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib...

Aprelin 2-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar Qaradağ rayon, Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsini rəisi ilə Vətən müharibəsinin Şəhid ailələri və Vətən müharibəsi qazilərinin görüşü keçirilib.

Görüşdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd olunub ki, Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Qaradağ rayonunun igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan qaradağlı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir.

Qaradağ rayon icra hakimiyyəti tərəfindən 23.09.2020-ci ildən bu günə qədər görülən işlər Qaradağ Rayon İcra Hakimiyyətinin aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri tərəfindən məruzə edilmişdir.

Görüş zamanı şəhid ailələri və qazilər dinlənilmiş, mövcud problemlər müzakirə edilmiş və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Görüşdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Fotolar

Poliqon.info


Etiket: Qaradağ görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar