Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağın həllində vasitəçilik səylərimizi davam etdirəcəyik“ - Fransa XİN


Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib


XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarına ünvanladığı məktubda ötən dövr ərzində Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, regionlararası, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıqdan məmnun olduğunu bildirib, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinin ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı maraq və etimada əsaslanan siyasi dialoqun keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırıb.

İki ölkə arasında uğurlu əməkdaşlıq layihələrini qeyd edən E. Məmmədyarov Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında imzalanmış regionlararası əməkdaşlıq sahəsində anlaşma memorandumu kimi layihələrin dövlətlərimiz və xalqlarımız arasında dostluğun daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Fransa xarici işlər naziri Jan-Mark Ero isə E. Məmmədyarova ünvanladığı məktubda ötən 25 ilin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahələrində daimi inkişafı ilə yadda qaldığını bildirib. Azərbaycan və Fransanın əldə etdiyi çoxlu sayda birgə nailiyyətlərdən bəhs edən nazir 2016-cı ildə ölkəmizdə yaradılmış Azərbaycan-Fransız Universitetinin iki ölkənin dinamik əməkdaşlığının hər bir səviyyədə canlı simvolu olduğunu qeyd edib.

Fransalı nazir həmçinin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar