Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” öz işinə başladı - Fotolar

Bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı keçirilən “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” öz işinə başlayıb...

Yenicag.az xəbər verir ki, Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu”nun layihə rəhbəri, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı konsul Zaur Allahverdi-zadə ilə birlikdə Ulu Öndərin abidəsini ziyarət ediblər.

Daha sonra heyətin Baş konsul Nərminə Mustafayeva ilə görüşü olub. Baş konsula forumun məqsədi və gündəliyi barədə məlumat verilib. Bildirilib ki, Türkiyədə baş verən zəlzələ də forumda diqqət mərkəzində olacaq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin həmrəylik ruhuna çevrilməsinin örnəyi kimi ələ alınacaq. Nərminə Mustafayevə Heydər Əliyevin 100 illiyilə bağlı keçirilən forumun gənclər arasında inteqrasiyanı gücləndirəcəyinə əminliyini ifadə edib və forumun işinə uğurlar arzulayıb.

Qeyd edək ki, forumdakı müzakirələrdə konsul Zaur Allahverdi-zadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, “Haber7” saytının baş redaktoru Osman Atəşli, “Ülke TV”nin xəbər koordinatoru Mustafa Yıldız iştirak edəcəklər.

Layihə rəhbəri Aqil Ələsgər forumun açılış nitqindən sonra protokol çıxışlarına yer veriləcək. Forumda “Anadoludan Qarabağa: Media Paneli” və “Qarabağdan Anadoluya Gənclər Paneli” adlı iki hissədən ibarət müzakirələr təşkil ediləcək.

Onu da bildirək ki, “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Fotolar

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay