Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ üçün nikbin sülh notları… - Perspektivdə nə görünür?

Sabiq Xarici İşlər naziri: “Ermənistan tərəfindən verilən bəyanatlar heç də onların sülhə hazır olduğunu göstərmir”

Azərbaycan istəyir ki, işğal olunan əraziləri qısa müddətdə azad olunsun. Ermənistan tərəfi isə bununla razılaşmır. Bu baxımdan sadəcə realist olmaq lazımdır”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və erməni xalqlarının qarşılıqlı kompramislə sülhə hazır olub-olmadığını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal 2019-cu ildə Dağlıq Qarabağ konflikti istiqamətindəki dəyişikliklərlə bağlı yerli mətbuata verdiyi açıqlamada bildirib ki, ilk dəfədir, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur. Ekspertin sözlərinə görə, xarici işlər nazirlərinin Paris görüşü bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir.

“Sözügedən görüşdən sonra ATƏT-in həmsədrləri olduqca həvəsləndirici (ümid vəd edən) bəyanatla çıxış etdilər. Bu tipli bəyanatı sonuncu dəfə mən 2011-ci ildəki Kazan görüşündən sonra müşahidə etmişdim”, deyə Tomas de Vall açıqlamasında qeyd edib.

Digər tərəfdən AzərbaycanErmənistan XİN rəhbərlərinin görüşündən sonra iki xalqları sülhə hazırlamaq barədə ardıcıl çağırışlarına da münasibət bildirən Tomas de Vall bunu müsbət addım hesab edib. “Həmsədrlərin bəyanatında ən maraqlı məqamlardan biri də nazirin “əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin zərurəti” ilə razılaşması faktı oldu.Bu yeni bir şeydir - sülh razılaşmasının kağız üzərində iki liderin imzası ilə deyil, həm də erməni və Azərbaycan xalqlarının dəstəyini tələb etdiyinin etirafıdır. Bütün bunları vurğuladıqdan sonra bir az realist olmalıyıq”, deyə o, vurğulayıb.

Qeyd edək ki, AzərbaycanErmənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib.

Doğrudanmı bu il Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişə nail olunacaq? Ən əsası Azərbaycan və erməni xalqlarının qarşılıqlı kompramislə sülhə hazır olması mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib.

Tofiq Zülfüqarov: “Reallıq onu göstərir ki, heç bir sülh mümkün deyil və bunu üçün perspektiv yoxdur”.

Mövcud şəraitdə AzərbaycanErmənistan xalqları arasında sülhün bərqərar olmasınınn gözlənilən olmadığını vurğulayan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistanın öz mövqeyində dəyişiklik etməməsi fonunda sülhün baş tutması mümkün deyill:

“Əslində Tomas de Vaalın məntiqini başa düşmürəm. Çünki Ermənistan tərəfindən verilən bəyanatlar heç də onların sülhə hazır olduğunu göstərmir.

Bu baxımdan problem ondan ibarətdir ki, Ermənistanda müsbət və reallıqlara söykənən mövqe yoxdur və buna görə də irəliləyişin görünməsi mənasızdır. Ona görə ki, danışıqlarda iki tərəfin istəyi və iştirakı lazımdır.

Azərbaycan istəyir ki, işğal olunan əraziləri qısa müddətdə azad olunsun. Ermənistan tərəfi isə bununla razılaşmır. Bu baxımdan sadəcə realist olmaq lazımdır. Reallıq onu göstərir ki, hazırda heç bir sülh mümkün deyil və bunun üçün perspektiv yoxdur. Belə ki, Ermənistan öz mövqeyini dəyişmək niyyətində deyil. Ermənistanın mövqeyində dəyişiklik etməməsinin müxtəlif səbəbləri var.

Tofiq Zülfüqarov: “Bizim insanların xüsusi olaraq nəyəsə hazırlaşmasına ehtiyac yoxdur”.

Tərəflərin sülhə hazırlaşması ilə bağlı son zamanlar müxtəlif tezislərdən istifadə olunur. Mən bunu başa düşmürəm. Bizdə sülhə hazırlaşmaq çox sadə məsələdir.

Bizim tək istəyimiz işğal olunan ərazilərin boşaldılmasından və didərgin düşmüş insanların öz yuvalarına qayıtmasından ibarətdir. Bu baxımdan bizim insanların xüsusi olaraq nəyəsə hazırlaşmasına ehtiyac yoxdur”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar