Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ qazisini yüzlərlə lənkəranlı coşquyla qarşıladı

Lənkəran rayonunun Şağlaser kəndində coşqu yaşanıb. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayon sakinləri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarda yaralanan və müalicə edilərək sağalıb evinə qayıdan qazimiz Rəşid Əzimzadənin ziyarətinə gəlir.

Rəşid Əzimzadə Lənkəran Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasını bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. Qızğın döyüşlərin birində baş nahiyəsindən yaralanıb. Hərbi hospitalda müalicə aldıqdan sonra evə buraxılıb.

R. Əzimzadə deyir ki, torpaqlarımız işğaldan azad olunduqca əsgərlərimizin ruh yüksəkliyi daha da artır:

“Hamı irəliyə can atır. Döyüşlərdə başımdan qəlpə yarası almışam. Müalicə olundum. İndi özümü lap yaxşı hiss edirəm. Belə təsəvvür etməzdim. Hamı gəlir. Qürurvericidir. Özümü daha güclü hiss edirəm. Ehtiyac yaranarsa yenidən cəbhəyə qayıtmağa hazıram. İnşallah, bayrağımızı Şuşada, Laçında, digər azad olunan torpaqlarımızda sancaq!”

Ən çox insana ruh verən hamının qələbə əzmində olmasıdır. Hər an düşmənin başına od yağdırmağa hazır olan igidlərimiz yetərincədir. Ata-analarımız Vətən sağ olsun! - deyə bu gün üçün oğul böyüdürlər.

Bu gün də gənclərimiz, keçmiş döyüşçülərimiz, qazilərimiz, hətta sadə vətəndaşlar belə qismən səfərbərlik elan olunmasına baxmayaraq, hərbi komissarlığa gedərək ordu sıralarına yazılmaq istəyirlər.

Allah Zəfərimizi yaxınlaşdıran Ordumuzun əzmini daha da artırsın! Amin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Ən çox oxunanalar