Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ danışıqlarına inam qalmamışdı...” - Bahar Muradova


“Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında artan intensiv fəllaşmanı müsbət dəyərləndirirəm. Çünki müəyyən səbəblər nəticəsində bir müddət danışıqlar səngimişdi və onun perspektivinə inam qalamamışdı”


Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

“Belə məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməli və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmdə meydana gələn yeni ocaqlar gələcək münaqişələr vəd edir. Hadisələrə beynəlxalq aləmin münasibəti və bu günə qədər Qarabağ məsələsinə olan fərqli mövqeyə əsasən Azərbaycan tərəfi daha ciddi şəkildə tələblər ortaya qoymaqda və vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər qoymaqda haqlıdır”. 

B.Muradova hesab edir ki, bu, danışıqların məzmununa təsirini göstərməlidir. “Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə və bu səfərlərdən asılı olaraq gələcək yüksək səviyyəli görüşlərə gəlincə, əlbəttə, görüşməməkdən, danışmamaqdan, bir-birindən qaçmaqdansa, görüşüb danışmaq daha məqsədəuyğundur. Azərbaycan hər zaman olduğu kimi, substantiv danışıqlarda maraqlıdır. Azərbaycan nəticəyə hesablanmış danışıqların keçirilməsini vacib hesab edir. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar