Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanlı göl“ün ətrafı sökülür


Göl ətrafında məskunlaşmış məcburi köçkülər evlərinin sökülməsindən şikayətlənir


 Yasamal rayonu "Qanlı göl" ətrafında söküntü işləri aparılır. 

ANS TV-nin məlumatına görə, Yasamal rayonunuda "Qanlı göl" ətrafında məskunlaşmış məcburi köçkülər evlərinin sökülməsindən şikayətlənirlər. Ötən əsrin 90-cı illərin əvvəllərindən bu ərazidə Kəlbəcər, Laçın, Cəbrayıldan olan məcburi köçkünlər məskunlaşıb. Həmin şəxslər əvvəllər yataqxanalarda yerləşdiriliblər, sonradan öz mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə bu əraziyə köçüblər. Yəni məcburi köçkünləri heç kim qanuni şəkildə bura köçürməyib və bu illər ərzində onlara gözün üstə qaşın var deməyiblər. Amma təxminnən bir həftədir ki, Yasamal rayon icra hakimiyyəti onların köhnə tikililərinə etdikləri əlavə artırmaları söküb. Bu da tərəflər arasında gərginliylə səbəb olub. 

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov isə deyir ki, bu ərazi vaxtilə Elmlər Akademiyasının torpaqları olub və məcburi köçkünlərdə əslində 1996-ci ildən bura köçməyə başlayıblar. 

Həmin dövrdə də 160-a yaxın evin sökülməsilə bağlı qərar verildi. Sonradan baş nazirin müavini Əli Həsənov məsələni nəzarətə götürdü, məcuri köçkünlərlə söhbət aparıldı. Onların orda yaşamasına bir şərtlə razılıq verildi ki, heç bir əlavə tikinti işləri aparlımayacaq. Amma bir ay əvvəl müəyən edilib ki, orada yenə də əlavə artırmalar tikilir. Həmçinin müəyyən edilib ki, nəinik məcburi köçkünlər hətta müxtəlif rayonlardan olan şəxslər də gəlib, məcburi köçkünlərdən torpaq sahələri alaraq evlər tikiblər. Bundan sonra icra hakimiyyətində sonradan tikilimiş həmin evlərin sökülməsinə və bu işə göz yumanların cəzalandırılmasına qərar verilir. 

Həmçinin sökülən boş torpaq sahələrinin alındığı qanunsuz hasarlar olur. İcra rəsmisi bildirdi ki, məcburi köçkünlərin bu ərazidən köçürülməsi aktualdır. Onlar bunu bildikləri üçün əlavə artırmalarla gələcəkdə hökümətdən çox pul qazanmaq niyyətindədirlər. Lakin buna heç bir halda yol verilməyəcək. Odur ki, məburi köçkünlər hazırda yaşadıqları şəraiti dəyişdirməyə cəhd etməsinlər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar