Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalmaqala Xalq artisti qoşuldu: "İti ölüb, eşşəyi asqırır"

Xalq artisti Ramiz Məlik "Oğlum kimi alır alsın, müğənni almasın" sözlərini deyən aktyor Elməddin Cəfərova dəstək olub.

R.Məlik Elməddinin fikirlərinə etiraz edən müğənni Roza Zərgərlini tənqid edib. O, Elməddinlə Roza Zərgərli qalmaqalına sosial şəbəkədə bu cür rəy yazıb: "Bu Roza son zamanlar gündəmdə qalmaq üçün yaman gül açıb".

Lent.az-a açıqlama verən Roza Zərgərli isə R.Məlikə bu cür cavab verib:

"Bunun iti ölüb, eşşəyi asqırır. Bu Ramiz müəllim mənim aparıcılıq etdiyim "Bakı vaxtı ilə" verilişində qonaq olmadığına görə reytinq axtarışındadır. Bir Xalq artistinin Rozaya söz atmağı qalmışdı. Eybi yoxdur, bir gün verilişimə gələr, ona reytinqin nə olduğunu göstərərəm. Mənim verilişim görkəmli sənətkarlara aiddir. Amma "Bakı vaxtı ilə" verilişində siz yoxsuz. Adımı, soyadımı da yazmayıb. Yazıb ki, "Bu" Roza. Mən də deyirəm ki, "Bu" Xalq artisti filankəs".

Qeyd edək ki, E.Cəfərov Lent.az-a müsahibəsində bu sözləri demişdi:

"Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur".

Onun bu sözlərinə R.Zərgərlinin cavabı belə olmuşdu:

"Elməddin aktyordur. Bəs ona niyə qız veriblər ki? Ömür boyu deyiblər ki, şou aləmində olan və aktyor olan oğlanlara qız verməzlər. Nə yaxşı ona qız verdilər? Deməli, normal ailə başçısıdır. O demək deyil ki, müğənni qız normal ailə başçısı ola bilməz. Elməddin də düşdü şou aləmində qız alıb, qız verməyənlərin siyahısına".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay