Tərtərçayda iki nəfərin batdığı məlum olub.
"Unikal"ın məlumatına görə, C.Həsrətovanın meyiti tapılsa da, onun 21 yaşlı oğlu Cəbiyev Qisas Rasim oğlunun axtarışları FHN dalğıc axtarış qrupu tərəfindən davam edirilir.
***
Tərtərçay çayının Tərtər rayonu, Tərtər şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.
PİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
pia.az