Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: Rusiya və İran eyni hədəfə kökləniblər...

İran-Rusiya əməkdaşlığının hərbi və siyasi mənada dərinləşməsinin regiona təsirləri...

Politoloq: “Mənə belə gəlir ki, Rusiya və İran bir çox məsələlər üzrə artıq ortaq məxrəcə gəliblər”.

“Cənubi Qafqaz məsələsində də İran və Rusiyanı birləşdirən ümumi cəhətlər yetərincədir”.

Bu sözləri politoloq Qabil Hüseynli getdikcə daha da dərinləşən Rusiya-İran hərbi əməkdaşlığını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Moskvaya səfər edib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

İran-Rusiya əməkdaşlığının hərbi və siyasi mənada dərinləşməsi regiona necə təsir edə bilər? Ümumiyyətlə, İran və Rusiyanın Cənubi Qafqaz siyasəti eyni strategiyada birləşə bilərmi?

Rusiya və İran münasibətlərini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Hazırkı mərhələdə Rusiya və İranı strateji tərəfdaş, hətta, strateji müttəfiq kimi xarakterizə etmək olar”.

İkinci Qarabağ müharibəsi dövründə Rusiya Ermənistana göndərdiyi silahların demək olar ki, böyük əksəriyyətini İran üzərindən Ermənistana keçirdiyinə diqqət çəkən poliqtoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İran və Rusiya arasında əlaqələrin həm hərbi, həm də siyasi qanadı var:

“Mənə belə gəlir ki, Rusiya və İran bir çox məsələlər üzrə artıq ortaq məxrəcə gəliblər. Zənn edirəm ki, Cənubi Qafqaz məsələsində də onları birləşdirən ümumi cəhətlər yetərincədir. Məsələn Azərbaycan və Ermənistan arasındakı müharibə zamanı və müharibədən sonrakı tənzimləmələr dövründə İran-Rusiya əməkdaşlığı kifayət qədər diqqət çəkirdi.

İkinci Qarabağ müharibəsi dövründə Rusiya Ermənistana göndərdiyi silahların demək olar ki, böyük əksəriyyətini İran üzərindən Ermənistana keçirdirdi. O zaman Rusiyadan gələn silahlar İranın hərbi hava bazalarına boşaldılırdı, oradan da tırlarla Ermənistana aparılırdı. Bu da Azərbaycana qarşı çevrilmiş strateji əməkdaşlığın konturlarından birini təşkil edir.

Vətən müharibəsindəki iki dövlətin strateji əməkdaşlığından əlavə müharibədən sonrakı dövrdə də, Azərbaycana qarşı keçirilən bir sıra təxribat hərəkətləri, xüsusilə də, İran tərəfindən Qarabağın ermənilər yaşayan ərazisinə neft, sürtkü yağlarının göndərilməsi onu təsdiq edir ki, Rusiyanın sülhməramlı qüvvələrinin də müəyyən təhcizat məsələləri məhz İran tərəfindən həyata keçirilirdi.

Qabil Hüseynli: “İran və Rusiya arasında əlaqələrin həm hərbi, həm də siyasi qanadı var”.

Ümumiyyətlə, İran və Rusiya arasında əlaqələrin həm hərbi, həm də siyasi qanadı var. Hərbi qanadında İran Rusiya bu gün də saysız hesabsız pualar göndərir. Həmin pualar da Ukrayna döyüş meydanında istifadə edilir. Üstəlik də, İran Rusiyanın bir neçə şəhərində dron hazırlayan fabriklərin tikintisindən onlara kömək edir.

Rusiya isə müasir hərbi hava qüvvələrinin qurulmasında İrana köməklik edir. İrana 5-SU-34 təyyarələrinin göndərilməsi haqqında razılaşma var. Üstəlik də, İranın bu hərbi əməkdaşlıq kontekstində Rusiyaya vəd etdiyi orta həcmli raketlərin göndərilməsi ilə bağlı da razılaşma var.

Bir sözlə, Rusiya və İran eyni hədəfə kökləniblər. Onların istər bölgəsəl, istərsə də, dünya miqyaslı hərəkətlərində ortaq, üst-üstə düşən cəhətləri xeyli çoxdur. Buna görə də zənnimcə, Rusiya və İranı strateji tərəfdaş, hətta, strateji müttəfiq kimi xarakterizə etmək olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Müdafiə naziri: Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay