Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin yaxın dostu Timçenko və qızı Finlandiya vətəndaşlığı alıb…

Milyarder Timçenko və qızı adi prosedurdan yan keçərək Finlandiya vətəndaşlığını alıb…

Poliqon.info xəbər verir ki, bu barədə Finlandiyanın Helsingin Sanomat qəzeti məlumat yayıb. Qəzet yazır ki, Vladimir Putinin çoxdankı dostu və Rusiyanın ən varlı adamlarından biri olan milyarder Gennadi Timçenkonun qızı Kseniya Frank bir neçə ay ərzində Finlandiya pasportunu alıb. Qəzet qeyd edir ki, Finlandiya vətəndaşlığı almaq üçün digər müraciət edənlər isə bir neçə ildir gözləyirlər.

Qəzet yazır ki, Kseniya Frank Finlandiya pasportunu 2000-ci ildə 14 yaşında olarkən alıb. Bir il əvvəl Kseniyanın valideynləri Gennadi Timçenko və həyat yoldaşı Yelena da Finlandiya vətəndaşlığını alıblar.

Kseniyanın valideynləri 19 aprel 2000-ci ildə vətəndaşlıq üçün müraciət ediblər. Timçenko ailəsi dərhal onların müraciətinə operativ şəkildə baxılmasını xahiş edib. İki ay sonra, iyunun 27-də Finlandiya Miqrasiya Xidməti müraciətlə bağlı cavab verib ki, sürətləndirilmiş yoxlama üçün heç bir əsas yoxdur. Bununla belə, artıq iyulun 31-də də Finlandiya Miqrasiya Xidməti sorğu ilə bağlı müsbət qərar verib və Kseniya Timçenko Finlandiya vətəndaşlığını alıb. Halbuki Finlandiya vətəndaşlığı üçün müraciət edənlər 2-3 il də Finlandiya Miqrasiya Xidmətinin qərarını gözləməli olublar, deyə Helsingin Sanomat yazır.

Finlandiya Miqrasiya Xidməti Timçenkonun qızı ilə bağlı vətəndaşlıq almaq üçün sürətli prosedurun niyə tətbiq edildiyini izah edə bilməyib.

Ötən həftə məlum olub ki, Gennadi Timçenko da adi prosedurdan yan keçərək Finlandiya vətəndaşlığını alıb və ölkənin təhlükəsizlik polisinin yoxlamasından keçməyib.

Hər iki halda qərarlar Matti Saarelainen Finlandiya Miqrasiya Xidmətinin rəhbəri olduğu vaxt verilib. Qeyd edilir ki, Finlandiya mətbuatı daha əvvəl yazıb ki, rusiyalı milyarderin biznes ortağı Kay Paananen ondan Timçenkonun pasportunu sürətləndirilmiş qaydada verilməsini istəyib.

Xatırladaq ki, Rusiyanın Ukraynada işğalçı müharibəyə başlasından sonra Kseniya Frank ABŞ, Yaponiya və Kanadanın sanksiyalarına məruz qalıb. Onun əri Qleb Frank “Rusiya Balıqçılıq Şirkəti” və “Rus Krab” şirkətlər qrupunun keçmiş ortağıdır və sanksiya siyahısına daxildir. Sanksiyaların tətbiqindən sonra isə Qleb Frank hər iki şirkətin ortaqlığından çıxıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar