Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “qorxunc” silahları - Qələbə paradı Qərb üçün siqnal oldu, ancaq Putinin istədiyi mənada deyil…

Bazar günü Qızıl Meydanda keçirilən paradda Putin hiss etdirmək istədiklərini hiss etdirə bilmədi. Yəni bu parad əslində Putinin Ukraynada döyüşən ordusunu xatırlatdı...

Domiks Nikols
“The Telegraph” qəzeti, Böyük Britaniya, 11 may 2022-ci il

Qələbə paradında “yeni” silahların nümayiş etdirilməsinin arxasında başqa məqsəd dururdu. Bildiyimiz kimi, Vladimir Putin alman faşizmi üzərində möhtəşəm qələbənin xatirəsinə hər il Moskvada hərbi parad keçirməyi sevir və bu paradda adətən Qərbə xüsusi siqnal ötrürür.

Bir müddət əvvəl belə bir fikir formalaşmışdı ki, Rusiya liderinin bazar ertəsi, mayın 9-da Ukraynada başlatdığı müharibə fonunda rus xalqını və iqtisadiyyatını səfərbər etmək üçün müraciəti olacaq və o, hər gün daha da bahalı olan “xüsusi əməliyyat”ı müharibə olaraq elan edəcək. Paradın gedişində Putin “müharibə” elan etmədi, lakin Rusiyanın hərbi qüdrəti ilə bağlı yenə də Qərbə mesaj çatdırmağa çalışdı. Ancaq bu mesaj heç də Putinin istədiyi səviyyədə olmadı.

Baş tutan parad gözləndiyindən kiçik miqyaslı oldu və bu dəfə paradda hərbi aviasiya iştirak etmədi. Kreml bunu əlverişsiz hava şəraiti ilə əlaqələndirdi. Buna baxmayaraq, ruslar ənənəvi olaraq Rusiya ordusunun arsenalında olan silahları, “yeni” sistemləri paradada nümayiş etdirdi və bunda da əsas məqsəd düşmənlərinin canına qorxu salmaq idi. Ancaq diqqətlə baxdıqda, hər şeyin Moskvanın hiss etdirmək istədiyi səviyyədə olmadığını görmək mümkündür.

Tank T-14 “Armat”

Paradda nümayiş edilən texnikanın arasında tank T-14 “Armat” diqqət çəkdi. Ancaq bu tankı bizə ilk dəfə göstərmirdilər. Əslində bu “yeni” tank ilk dəfə 2015-ci ildə Qələbə Paradında nümayiş etdirilib və ondan sonrakı paradlarda da bu tank Qızıl Meydanda tribunanın qarşısından keçib.

Bu tank o qədər mürəkkəb və bahalıdır ki, onun kütləvi istehsalı belə hələ ki, başlamayıb. Tank çox güçlü və funksiyalı olaraq təqdim olunur. Onun 3 nəfərdən ibarət ekipajı tankın qabaq hissənində xüsusi zirehli kapsulda oturur və xüsusi zirehlə qorunan tankın atəş qülləsində heç kim olmur.

Belə bir konstruksiya onu deməyə əsas verir ki, tank vurulduğu zaman belə, ekipajın sağ qalmaq ehtimalı çox böyükdür. Qeyd edim ki, rus tanklarının bundan əvvəki seriyalarında atəş qülləsi qoruyucu zirehə sahib deyil və bunu da buz hazırda Ukrayna müharibəsində görürük. Ukrayna ordusu da rus tanklarının məhz atəş qülləsini hədəf seçir.

“Bumaeranq” piyada maşını

Bazar günü keçirilən paradda xüsusi funksiyalara sahib olan “Bumaeranq” piyada maşını da nümayiş etdirilib. Bu təkərli döyüş maşını da ilk dəfə 2015-ci ilin paradında nümayiş etdirilib və bu maşınla da ən müxtəlif problemlər ortaya çıxır.

“Bumaeranq”ın ekipaşına 3 nəfər daxildir, lakin bu maşın əlavə olaraq 8 nəfəri də daşıya bilər. Bu döyüş maşınının çaylarda və balaca göllərdə “üzə bilməsi” iddia olunur. Ancaq 2019-cu ildə keçirilən sınaq təlimlərində məlum oldu ki, bu maşın suda öz sabitliyini itirir və buna görə də maşının suda üzə bilməsi üçün konstruksiyasında dəyişiklik edildi. “Bumaeranq”hələ də Rusiya ordusunun arsenalına daxil olmayıb.

РС-24 “Yars” raket kompleksi

9 may paradında həmçinin РС-24 “Yars” raket kompleksi də nümayiş etdirilib və bu kompleks xüsusi diqqət tələb edir. РС-24 “Yars” raket kompleksi Rusiyanın strateji nüvə silahlarının qorxu yaradan əsas elementidir və bu silah doğrudan da paradda nümayiş etdirilən silahların arasında yeganə təsiredci gücə sahibdir. Ancaq bu silah da yeni deyil və 2010-cu ildə Rusiya ordusunun istifadəsinə verilib.

РС-24 “Yars” raket kompleksi ağır yanacaqla çalışan qitələrarası balistik raketdir və bu raketi həm şaxtadan, həm də mobil şəraitdə atəşləmək mümkündür. Bu raket çoxlu sayda nüvə başlığı daşımağa qadirdir. Ancaq bu raketin də sayı çox məhduddur. Çünki istehsalı ilə bağlı problemlər var.

Rusiya strateji raket güclərinin arasında nüvə raketləri də var ki, onları yerdən, havadan və sudan atəşləmək mümkündür. Bu nüvə arsenalı 12 diviziyanın daxil olduğu 3 ordu arasında paylaşılıb və 12 diviziyadan 8-i РС-24 “Yars” raket kompleksi ilə təchiz edilib.

Son illər Rusiya aktiv şəkildə nüvə şaxtalarını qoruyan müdafiə sistemlərini sərmayə qoyub. Bunların arasında təxribatlara qarşı döyüş maşını olan “Tayfun–M” də yer almaqdadır. Xüsusi təyinatlı bu maşınların əsas vəzifəsi Rusiyanın nüvə şaxtalarını hədəf alan nüvə silahının yerinin müəyyənləşdirilmək və məhv etməkdir.

Belə mülahizələr var ki, “Peresvet” lazer kompleksi sputlimkəri kor edir və “Yars”unun görünmədən hədəfə doğru uçmasını təmin edir.

“Uran-9” pilotsuz quru maşını

Bəlkə də, Moskva paradının ən təsiredici elementlərindən biri də “Uran-9” pilotsuz quru maşını idi. Bu pilotsuz, çoxfunksiyalı, robotlaşdırılmış, tırtıl üzərində hərəkət edən maşın ilk dəfə 2019-cu ildə nümayiş olunub və üstündəki 30 millimetrlik topa, tank əleyhinə raketlərə görə güçlü silah hesab olunur. Ancaq bu maşınlardan rus ordusunda cəmi 20 ədəd var və hələ də məlum deyil ki, “Uran-9” sınaq dönəmindədir, yoxsa döyüş silahıdır.

Hazırda dünyanın bir çox ölkələrində uzun illərdir ki, pilotsuz robotlaşdırılmış maşınların sınağı keçirilir. Bu maşınlar əsasən şəxsi heyəti təhlükəyə amadan hərbi hissələrib təchizatını təmin etmək, yaralıları döyüş bölgəsindən çıxarmaq və düşmən mövqelərinə zərbə endirmək üçün nəzərdə tutulur. Ancaq pilotsuz avtomobillərdən fərqli olaraq bu maşınlar hələ tam olaraq mükəmmələşdirilməyib.

Pilotsuz döyüş maşınları hələ də doğru marşurut seçməkdə və çətin relyeflərdən keçməkdə çətinlik çəkirlər. Çox vaxt bu maşınlar dərələrdə və bataqlıqlarda batıb qalırlar. Ümumiyyətlə isə özünü döyüş meydanında insan kimi aparacaq maşınların icadı çpx çətin və mürəkkəb məsələfir. Bu robot maşınlar istənilən hərəkət edən obyektə atəş acır, insanı heyvandan ayırmır və lazımsız yerə sərf edərək döyüş sürsatını tükədirlər. Bunula bərabər bir çox robot döyüş maşınları, o cümlədən “Uran-9” çox baha qiymətə başa gələn silahlardır. Normalda isə robotlaşdırılmış döyüş sistemləri tanklardan və digər zirehli döyüş maşınlarından ucuz olmaları ilə fərqlənməlidir. Ona görə də bu maşınların icadı və istehsalı özünü doğrultmur. Çünki bu silahın itirilməsi də ciddi zərər olaraq dəyərləndirilir və bu üzdən, bu tip silahlar bir qayda olaraq ordu arsenalına daxil olmur.

Ümumiyyətlə isə bazar ertəsi Rusiyanın Qızıl Meydanda nümayiş etdirdiyi hərbi texnika görüntü olaraq çox gözəl və parlaq idilər, lakin o silahların çoxu artıq köhnəlib və daha ətrafdakıları qorxuya salmırr. Buna görə də Putin hiss etdirmək istədiklərini hiss etdirə bilmədi. Yəni bu parad əslində Putinin Ukraynada döyüşən ordusunu xatırlatdı…

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar