Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin gizli “pul kisəsi” və sərsəri hüquqşünas...

Putinin “pul kisəsi” 10 ildən çoxdur ki, 2300 dollar maaş alan bir hüquqşünasdadır..

2003-cü ildən Vladimir Putinin gizli “pul kisəsi” Kipr şirkəti “Ermira Consultants Ltd” olub. Bu şirkət vasitəsilə Rusiya prezidenti yaxınlarına bahalı mənzillər və evlər alır, həmçinin “Qazprom” və “Milli Media Qrupu”nda pay sahibi olur.

Poliqon info xəbər verir ki, bu barədə Rusiyanın “Проект” nəşrinin araşdırmasında bildirilb.

“Проект” yazır ki, 2015-ci ilə qədər “Ermira Consultants Ltd” Sankt-Peterburqlu hüquqşünas Vladislav Kopılovun adına qeydiyyatda olub. Hüquqşünas ayda 100 min rubl (indiki məzənnə ilə 2300 dollar) maaşa qulluq edib.

Prezidentin ən yaxın dostlarından birinin biznes imperiyasının keçmiş yüksək rütbəli meneceri “Проект” nəşrinə deyib: “Kopılov heç kim deyil, sadəcə olaraq həm mahiyyətcə, həm də zahirən bir sərsəridir”. O, Kiprin “Ermira Consultants Ltd” şirkətinin də daxil olduğu gizli maliyyə şəbəkəsinin idarə edilməsində bilavasitə iştirak edirdi.

2015-ci ildə RBC jurnalisti Kopılova zəng edərək Kipr biznesi barədə soruşub. İş adamı cavab verib ki, “Ermira Consultants Ltd” şirkəti haqqında ilk dəfə eşitdır. Baxmayaraq ki, sənədlərə görə, o, hələ 2003-cü ildə şirkətin sahibi olub.

O vaxta qədər Kopılov otuz ilə yaxın idi ki, vəkil işləyirdi, boşanmışdı və öz sahəsində böyük uğur qazana bilməmişdi. Amma o, Putinin dostları çevrəsində idi. 90-cı illərdən Sankt-Peterburqdakı “Svetlana” fabrikində elmi klasterə rəhbərlik edən Andrey Fursenko və Yuri Kovalçuk ilə dostluq edib. Bu “fabrik”dən isə Putin və onun dostları üçün işləyən çox saylı nominallar ortaya çıxıb. Onlardan biri də o cümlədən Aleksandr Plexov olub.

Panama sənədlərinə görə, o, Sergey Rolduqinin ofşor şirkətlərində benefisiarın maraqlarını təmsil edib, bu şirkətlərdən 2 milyard dollardan çox pul keçib

Artıq “Ermira Consultants Ltd”nin “sahibi” olduqdan sonra Kopılov həmçinin “Uşaq İdmanına Dəstək” qeyri-kommersiya tərəfdaşlığının təsisçisi və “Baltic Media Group”un səhmdarı oldu. Hər iki halda, Kopılovun tərəfdaşları daha məşhur adamlar, müvafiq olaraq Sergey Rolduqin və Oleq Rudnov olublar.

Kopılov 2015-ci ilin martına qədər “Ermira Consultants Ltd”nin nominal sahibi olub. Bundan sonra sahiblik ofşor şirkətlərə keçib, onların arxasında Arkadi Rotenberqin insanları dayandığı iddia edilir. Kopılov hələ də “uşaq idmanının qeyri-kommersiya ortaqlığında” çalışmaqda davam edir, ona ayda 100 min rubldan bir qədər çox maaş verirlər. O, yəqin ki, natura şəklində mükafatını da alıb: 2003-cü ildə Andrey Fursenko ona Sankt-Peterburqun Petroqrad tərəfində mənzil bağışlayıb.

Kopılov “Ermira”nın sahibi kimi qeyd olunsa da, oradan milyonlarla dollar keçib. 2010-cu ildə “Ermira” Moskvanın Koçnovski dalanında Lyudmila Putinanın ikinci əri Artur Oçeretnıyanın qeydiyyatda olduğu 120 kvadratmetrlik mənzilin pulunu ödəyib.

Maraqlıdır ki, 2010-cu ildə Vladimir və Lyudmila Putin hələ də evli olublar. 2013-cü ildə Oçeretnıya “Ermira” və prezidentin dostu Arkadi Rotenberqlə əlaqəli olan şəxslərin köməyi ilə daha bir neçə daşınmaz əmlak əməliyyatı həyata keçirib və nəticədə onun hesablarına 493 milyon rubl daxil olub.

“Ermira” Moskva yaxınlığındakı Usovo Plus kəndində iki mülkün alınması ilə də əlaqəli olub. Elit mənzili prezidentin qızı Mariya Vorontsova və onun keçmiş əri Yorrit Faassen alıb. 2013-cü ilə qədər mülklərin altında olan üç torpaq sahəsi və bir ev birbaşa “Ermira Consultants”-a məxsus idi və sonra onlar “Ermira”nın törəməsi olan başqa bir ofşor şirkəti “Berocci Investments”ə verilib.

“Ermira”nın hesabları Putinin Gəlincikdəki məşhur sarayının tikintisi zamanı görülən işlərin çoxunu ödəyib. Daşınmaz əmlakla yanaşı, şirkət və əlaqəli strukturlar Rusiyanın böyük şirkətlərinin, o cümlədən “Qazprom” və “Milli Media Qrupu”nun səhmlərini alıblar. “Ermira” həmçinin uzun müddət “Putinka” brendinin sahibi olub.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar