Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “aşpazı”nın xəyanəti – Priqojin Rusiya ordusu ilə bağlı Kiyevlə məlumat verməyə çalışıb...

Priqojin Ukrayna qüvvələrinə Rusiyanın hərbi əhval-ruhiyyəsinin aşağı olması fonunda Krıma doğru irəliləməyi tövsiyə edib...

ABŞ kəşfiyyatı öyrənib ki, “Vaqner qrupu”nun təsisçisi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan geri çəkilməsi müqabilində Kiyevə Rusiya ordusunun mövqeləri haqqında məlumatlar təqdim etmək istəyib.

Yanvarın sonunda “Vaqner qrupu”nun təsisçisi və rəhbəri Yevgeni Priqojin müharibə zamanı Ukrayna hərbi kəşfiyyatı ilə gizli əlaqə saxladığı ortaya çıxıb. Priqojin Kiyevə Rusiya qoşunlarının mövqeləri barədə məlumat verməyi təklif edib. Putinin “aşpazı” buna görə Ukrayna ordusunun Baxmutdan çıxarılmasını istəyib.

Poliqon xcəbər verir ki, bu barədə The Washington Post qəzeti ABŞ kəşfiyyatının sızdırılmış sənədlərinə istinadən yazıb.

Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə münaqişə fonunda Priqojin Ukrayna kəşfiyyatı ilə gizli əlaqə saxlayır, deyə sosial şəbəkəyə sızdırılmış Pentaqon sənədlərindəı deyilir. Sənədlərin birində qeyd edilir ki, gizli telefon danışıqlarından əlavə, Priqojin, Afrika ölkələrindən birində Ukrayna Baş Kəşfiyyat İdarəsinin əməkdaşları ilə şəxsən görüşüb. ABŞ kəşfiyyatı göstərir ki, Priqojin Özəl Hərbi Şirkətin ağır itkilərindən təəssüflənir və Ukraynanı Rusiya qüvvələrinə daha güclü zərbələr endirməyə çağırır.

Sənədlərdən birinə görə, Priqojin ukraynalı kəşfiyyatçıya Rusiya hərbçilərinin sursat çatışmazlığı ilə üzləşdiyini deyib. O, Ukrayna qüvvələrinə Rusiyanın hərbi əhval-ruhiyyəsinin aşağı olması fonunda Krıma doğru irəliləməyi tövsiyə edib.

Həmçinin Priqojinin “Vaqner” qüvvələri arasında mənəvi-psixoloji vəziyyətin aşağı düşdüyünü nəzərə alan və onun döyüşçülərinin daha çox itki verəcəyindən qorxaraq Baxmut bölgəsində əməliyyatdan imtina etdiyi barədə digər kəşfiyyat məlumatlarından da bəhs edilir.

Sənədlərdə Priqojinin rus qoşunlarının mövqelərini açıqlamağı təklif etdiyi ərazi göstərilmir. Sızdırılan məlumatlara görə, Kiyev Kremlin Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqəsindən xəbəri olduğundan şübhələnir.

Adının açıqlanmasını istəməyən iki Ukrayna rəsmisi Priqojinin bir neçə dəfə Ukrayna kəşfiyyatı ilə danışdığını The Washington Post qəzetinə təsdiqləyib. Bir məmur bildirib ki, iş adamı Baxmut üçün təklifi dəfələrlə yeniləyib, lakin rəsmilər Priqojinə etibar etmədikləri və onun təkliflərinin qeyri-səmimi ola biləcəyini düşündüyü üçün Kiyev bunu rədd edib. Ukraynalı mənbələrdən biri bu təmasları “dostları yaxın, düşmənləri isə daha da yaxın tutmaq” cəhdi kimi qiymətləndirib.

WP-nin Ağ Evdəki mənbəsi xəbərdarlıq edib ki, Vaşinqton Priqojinin niyyətlərinin səmimiliyinə şübhə edir.

Xatırladaq ki,ötən həftə The Washington Post-a verdiyi müsahibədə Ukrayna prezidenti Vladimir Zelenski Priqojinlə əlaqəni təsdiqləməyib və əlavə edibki, “Bu, kəşfiyyatın işidir”.

Priqojin özü də bir gün əvvəl Ukrayna kəşfiyyatı ilə əlaqələrə dair suala cavab olaraq, “Biz hələ də Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril] Budanovla birlikdə Afrikadayıq”, deyib.
Qeyd edək ki, Baxmut uğrunda döyüşlər keçən ilin avqustundan davam edir, Rusiya tərəfdən əsas hücum qüvvəsi “Vaqner” ÖHŞ olub. Son aylarda qrupun rəhbəri Yevgeni Priqojin Müdafiə Nazirliyini ÖHŞ üçün kifayət qədər sursat almamaqda günahlandırıb, və bildirib ki,buna görə də Baxmut indiyə qədər ələ keçirilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Ən çox oxunanalar