Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Qarabağı Soçi bəyanatına salmağı ermənilərə söz veribmiş…

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Soçi görüşünün detallarını açıqlayıb…

Rusiya Ermənistana Qarabağla bağlı xatırlatmanı Soçi görüşünün yekun bəyanatına salmağı söz verib, lakin bu alınmayııb.

PİA.az Ermənistanın factor.am saytına istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan çıxış edib.

“Biz dəfələrlə cəhd elədik ki, Rusiyanın təkliflər paketinə Qarabağ münaqişəsi də salınsın. Rusiya tərəfi söz vermişdi ki, bu olacaq, amma olmadı. Biz həmçinin Soçi bəyanatında Qarabağda yerləşmiş sülhməramlılarla da bağlı məsələnin dəqiqləşdirilməsini istəyirdik. Amma elə vəziyyət yarandı ki, bu məsələ də yekun bəyanata daxil edilmədi”, deyə Qriqoryan bildirb.

Rusiya tərəfi açıq şəkildə bildirmişdi ki, Ermənistan üçün yaxşı təkliflər olacaq. Buna görə də biz Rusiyanın təklif eddiyi gündəliyi dəsdəklədik”, deyə Ermənistanın Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Qriqoryan onu da bildirib ki, hazırda masada iki sənəd var: “Bunlardan biri Azərbaycanın təqdim etdiyi sənədddir ki, biz onu müzakirə etdik, digəri isə Rusiyanın təklif etdiyi paket idi. Həmin paketdə sülh sazişinin əsas parametrləri var”.

ABŞ-ın təqdim etdiyi sülh sazişinnə gəlincə isə, Qriqoryan bildirib ki, Qərb sadəcə variantların tapılmasında tərəflərə kömək edir.

Ermənistan Rusiyanın sülh təkliflərini dəstəkləyir”, deyə Ermənistanın Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Azərbaycanın təqdim etdiyi məlum 5 maddədən də danışan Qriqoryan bildirib ki, onlar bu bəndlər üzərində xüsusi olaraq çalışblar ki, sülh sazişini bu maddələrə yaxın bir şəkildə hazırlasınlar, ancaq o sənədin üzərində də böyük iş aparılmalıdır.

Qriqoryan onu da qeyd edib ki, əgər Azətbaycan səmim olsa yolların açılması bir neçə günün içində mümkün olar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar