Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Lukaşenko ilə birlikdə monastırda qələbə üçün dua edib...

Rusiya prezidenti Valaam monastrında Ukrayna müharibəsində qələbə üçün dua edib...

Vladimir Putin bazar ertəsi Aleksandr Lukaşenko ilə birlikdə Valaam monastırını ziyarət edib.

Poliqon xəbər verir ki, orada Rusiya və Belarus prezidentləri “Tanrıdan Rusiya ordusuna qələbə bəxş etmək üçün” dua-ayinində iştirak ediblər.

Rusiyanın federal kanallarının jurnalistləri bildiriblər ki, dua mərasimi yeni məbədin tikildiyi Smolensk Sketedə baş tutub. Putinin Valaama səfəri ilə bağlı xəbərlər “Rossiya 1” və “Birinci Kanal”ın yekun xəbər proqramlarının əvvəlində ortaya çıxıb. “Rossiya 1” telekanalında müxbir bildirib ki, prezidentlər “Tanrıdan Rusiya ordusuna qələbə qazandırmaq üçün” dua mərasimində iştirak ediblər. Bundan başqa monastırda “xüsusi əməliyyat” iştirakçılarının xatirəsi anılıb.

Rusiyanın federal kanalları bildiriblər ki, Putin monastırda dindarlarla görüşüb və onlarla əl sıxışıb.

Putin və Lukaşenko Transfiqurasiya kafedralına da baş çəkib və monastırın yaradıcıları olan Müqəddəs Sergius və Hermanın yadigarlarına hörmət ediblər.

Qeyd edək ki, Putinin Valaama səfəri Rusiya prezidentinin son iki gündə kilsəyə ikinci gedişiolub. Bir gün əvvəl o, Lukaşenko ilə birlikdə Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas məbədi olan Kronştadt Dəniz Kafedralini də ziyarət edib. Orada prezidentlər möcüzə yaradan müqəddəs Nikolayın qalıqlarına toxunublar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar