Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin Putinə işarə edən sərt ifadələrlə Kremli ittiham edib...

“Vaqner” muzdlularının rəhbəri “ruhi xəstə” olan“qoca”nı “özünü təcrid”də tənqid edib və Kremli korrupsiyada ittiham edib...

Polqon xəbər verir ki, “Vaqner qrupu”nun təsisçisi Yevgeni Priqojin Ukraynadakı müharibənin uğursuzluğuna görə ölkənin hərbi-siyasi rəhbərliyini tənqid atəşinə tutan, həmçinin Prezident Administrasiyasını korrupsiyada ittiham etdiyi 30 dəqiqəlik video çəkib.

Priqojin tənqidi mülahizələrinin bir hissəsinin Vladimir Putinə ünvanlandığını deməsə də, bu iddiaların heç olmasa bəziləri yalnız ona qarşı olduğu şübhə doğurmur. Çünki “Vaqner” ÖHŞ-nin təsisçisinin tənqid etdiyi qərarlar Putin tərəfindən verilib.

Analitiklərin fikrincə Priqojinin tənqidini obrazlı ifadələrə ayrıca diqqət yetirilməlidir. Onları kontekstdən çıxardıqda, inanmaq çətindir ki, bunlar Priqojinin altı aydan çoxdur açıq şəkildə münaqişədə olduğu müdafiə naziri Sergey Şoyquya qarşı iddialardır.

Sitatlar:

“İndi Müdafiə Nazirliyi artıq ictimaiyyəti aldatmağa çalışır və belə bir hekayə anlatmağa çalışır ki, Ukrayna tərəfindən çılğın təcavüz olub və onlar NATO bloku ilə birlikdə bizə hücum etmək niyyətində olublar. Ona görə də fevralın 24-də qondarma xüsusi əməliyyat tamamilə başqa səbəblərdən başladı”.

“Müharibə ona görə lazım idi ki, bir dəstə məxluq sadəcə qələbə çalsın və özünü tanıtsın, nə qədər güclü orduya sahib olduqlarını göstərsinlər”.

“Müharibə bir ulduz naminə lazım idi ki, ruhi xəstə olan bir adam tabutda yatarkən bu ulduzu yastığa qoysunlar”.
“Bir dəstə axmaq özlərini o qədər ağıllı sanırdılar ki, heç kim təlimlər zamanı onların nə etdiklərini başa düşməyəcək və Kiyevə gedəndə heç kim onlara mane olmayacaq”.

“Müharibənin əvvəlində danışıqlar dayandırıldı, çünki ruhi xəstə şərəfsizlər qərar verdilər ki, rahat şəkildə daha bir neçə min rus oğunu qurban verə bilərlər”.

“Ölkəmizdə hələ də özünütəcrid hökm sürür, buna görə də qərar qəbul edənlərdən heç biri danışıqlar üçün maraq göstərmir, hamısı telefonla danışırlar”,

“Hamı möcüzəyə, taktiki nüvə silahına, Varşavaya atılacaq nüvə bombasına ümid edirdi, amma onların “xayası” bunu üçün kifayət deyil. Zəif qocalar”.

“Müharibə oliqarxlara lazım idi, bu gün Rusiyaya faktiki nəzarət edən klana lazım idi. Bu oliqarx klan müharibənin davam etməsi üçün əlindən gələni edir. Əgər bu klanın xarici biznesləri bağlanırsa, o zaman dövlət dərhal yerli biznesi bölüb, onlara ötürür. Bunun üçün də iş adamları həbsə atılır, banklar bağlanır ki, klan pulunu itirməsin. Onların pula ehtiyacı da yoxdur. Onlar çoxdan özləri üçün hər şeyi ediblər. Xüsusi aparatlarla təchiz edilən klinikalara sahibdirlər ki, : Allah eləməsin, birdən xərçəngə tutularlar. Onlar özlərinin mümkün qədər uzun yaşamaları üçün hər şeyi edirlər”.

“Ukraynadakı əməliyyatın ikinci ən mühüm etapıMedvedçukun Ukrayna prezidenti təyin edilməsi idi. Həmin Medvedçuk ki, əvvəlcədən Kiyevə yollanıb, oturub gözləyirdi. O gözləyirdi ki, ordu gələn kimi Zelenski qaçacaq, hamı silahı yerə qoyacaq və o, Ukraynanın prezidenti olacaq. Əsas məsələ Ukraynada nəzarəti ələ keçirdikdən sonra bu ölkənin sərvətlərini bölüşmək idi”.

“Ən vacib sual budur: niyə biz “Azov” batalyonunun komandirlərini əsir əsgərlərimizə dəyişmədik, amma bu leşə dəyişdik? Medvedçukun (o, Putinin qızının xaç atasıdır) hər şey var, üstəlik ölkə rəhbərliyində də yaxşı dostluq münasibətləri var”.

Bundan əlavə, Priqojin bildirib ki, 2014-cü ildən 2022-ci ilə qədər Prezident Administrasiyasının nümayəndələri, FTX, eləcə də “oliqarxlar” Moskvanın nəzarətində olan Donbas ərazilərinİ talan edilər. Onların arasında Priqojin Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkovun və Prezident Administrasiyası rəhbərinin müavini, 1990-cı illərin əvvəllərindən Putinlə işləyən və uzun müddət prezidentin yaxın çevrəsinin üzvü olan Dmitri Kozakın adlarını çəkib.

Qeyd edək ki, Priqojin Müdafiə Nazirliyini tənqid edərkən ilk dəfə deyil ki, Putinə qarşı hücumlarla səhv salına biləcək ifadələr işlədir. Mayın əvvəlində o, ölkə rəhbərliyində tam şərəfsiz olan “xoşbəxt qoca”dan danışıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay