Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevin son 20 ildə imzaladığı fərman və sərəncamların sayı açıqlanıb

"2003-2023-cü illərdə Prezident İlham Əliyev tərəfindən bir çoxu sosial-iqtisadi xarakterli olmaqla ümumilikdə 6080-dən çox fərman və 14 min 290-dan artıq sərəncam imzalanıb"...

Bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuata dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, dövlət başçısı müasir dünyagörüşünə malik, islahatçı lider olmaqla, idarəetmə mexanizminin müasir trendlər əsasında durmadan təkmilləşməsi, ictimai həmrəyliyin güclənməsi üçün çox mühüm təşəbbüslər irəli sürür, vətəndaşa və xalqa xidmətin yeni standartlarını və modellərini müəyyənləşdirir.

PA-nın şöbə müdiri qeyd edib ki, əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezidentin diqqətində olub: "Bu sırada şəhid ailələrinə və müharibə əlillərinə qayğı xüsusi yer tutur. Onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı 5 dəfə genişlənib. Təkcə son üç ildə bu qəbildən olan insanlara dövlət tərəfindən 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev, eləcə də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə dövlət başçısının göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib, Heydər Əliyev Fondu Vətən müharibəsi qazilərinin xaricdə müalicəsi, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində önəmli işlər görüb".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar