Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Ərdoğan: "Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik"

"Bu gün qardaşım İlham Əliyevlə görüşdə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəyə dair planları dəyərləndirmək imkanı qazandıq. Hamısından öncə isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardığımız əlaqələrimizi necə daha irəliyə apara biləcəyimizi müzakirə etdik".

PİA.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, tək millət, iki dövlət olmanın verdiyi ortaq şüur və ruhla hərəkət edirik: “Azərbaycan bölgənin gerçək potensialının reallaşmasına mane olan işğalı şanlı zəfəri ilə sona çatdırdı. İllərdir, həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarını özü həyata keçirdi. Vəziyyət bu gün davamlı sülhün təmin olunması və gözlənilən normallaşma yönündə durum heç olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməsi gərəkdir. Biz bölgədə davamlı sülh və ətraflı normallaşmaya tərəfdarıq. Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolları təkcə Azərbaycan və Türkiyə deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İqdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək. Bu prosesdən İran, Gürcüstan, Ermənistan daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Xülasə, bu layihələr kimisə kənarda qoymaq deyil, layihəyə daxil etmək üçün üçündür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar