Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident ailəsi ilə konsertdə - Fotolar

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib


PİA.AZ  AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, habelə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, xalq artistləri Azərinin, Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun ifalarında “Ey Vətən”, “Şuşanın dağları” və “Neftçilər” mahnıları təqdim edilib. Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, “Rast” qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları baş tutub. 

Tədbirin sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar