Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident 2 milyon ayırdı, nazirlik isə asfaltı qaşıyıb çalalar düzəltdi

Son illər Azərbaycanın yol-nəqliyyat infrastrukturundakı tərəqqi hər kəsi məmnun edir


Amma bunu Şirvan-Salyan avtomobil yolundan istifadə edənlərə aid etmək olmaz.

Belə ki, Azərbaycanın cənub bölgəsi ilə ölkənin qərb hissəsini birləşdirən avtomobil yolunun bir hissəsi olan, hər gün minlərlə sərnişinin istifadə etdiyi 31 km uzunluğundakı bu yol istismar müddətini bir neçə onillikdir başa vursa da əsaslı təmir olunmaması ucbatından tamamilə yararsız hala düşüb. Halbuki normalda hər bir avtomobil yolu 10 ildən bir əsaslı təmir olunmalıdır.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, müharibədən çıxan ölkənin bombardman görmüş yollarını xatırladan bu yoldan istifadə edən hər kəs peşmandır. Saatda 5-10 km sürətlə hərəkət edən avtomobillər dərin çuxurlara düşür, həm maşınların ehtiyat hissələri sıradan çıxır və onlar tez-tez təmirə dayanmalı olur, həm də sərnişinlər əziyyət çəkir.

Yolun 8 kilometrlik hissəsi Şirvan Rayon İcra Hakimiyyətinin, 23 kilometri isə Nəqliyyat Nazirliyinin balansındadır.

Hələ 2013-cü ildə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb ki, Şirvan-Salyan yolunun tikintisinə başlansın.



Tikintiyə başlanıb da. Amma başlanıb, nə başlanıb. Yolun necə deyərlər, “öz yağını öz başına çəkiblər”, vəssalam. Bununla da iş dayanıb. Belə ki, yolun olan-qalan hissəsindəki asfalt örtük qazılaraq yeni torpaq özülün tikintisində istifadə olunub. Beləliklə, ötən 2 ilə yaxın müddət ərzində görülən iş yolun əvvəlki örtüyünün qazılaraq yatağının dəyişdirilməsindən o yana keçməyib. Hazırda isə yolda görülən təmir işləri tamamilə dayandırılıb.

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov isə deyir ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 km, Fəhlə qəsəbəsi)-Çadırlı avtomobil yolu Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Rayon Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir: “Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2,5 metrdir. Ayrılan vəsaitə uyğun olaraq yolda müəyyən işlər həyata keçirilib. Yolun 5 kilometr hissəsində asfalt-beton örtüyünün üst qatı frezlənib, yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb. Yolun 5 kilometrlik hissəsində torpaq yatağı tikilib, karbonat materialı tökülərək kipləşdirilib, 2,3 kilometr hissəsində 30 sm qalınlıqda əsas tikilib. Cari ildə daxili investisiyalar hesabına yerinə yetirilən layihələrə yenidən baxılması nəzərdə tutulub. Çalışılacaq ki, həmin yolun yenidən qurulması dövlət investisiya proqramına daxil edilərək maliyyələşdirilsin”.

“Azəryolservis” belə deyir. Şirvan-Salyan avtomobil yolundan istifadə edən yerli sakinlər isə başqa söz deyir. Deyirlər ki, bu yol Azərbaycanın ən bərbad yoludur...








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar