Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Post-korona dövrü: Neoliberal sistem kommunizmlə əvəz oluna bilərmi?..

Kommunizmin məhv edə bilmədiyi Qərb dəyərlər sistemini koronanın məhv edəcəyini düşünmək çox ifrat gözləntidir...

Özcan Yeniçeri

“Yeniçağ” qəzeti, Türkiyə, 5 may 2020-ci il

Covid-19 virusu rejimə, sistemə, inanc və dövlət quruluşuna dərindən təsir edib. Ancaq bu təsiri şişirtmək də doğru deyil. Koronavirus üzərində rejim, dövlət və inanc sistemi inşa edilə bilməz.

Bu gün utopik, ritorik və romantik düşüncələri tətbiq etməyin vaxtı deyil, əksinə real, gələcək yönümlü və ardıcıl davranmağın vaxtıdır. Həqiqətlərdən, müşahidə və təcrübələrdən əldə edilən nəticələrlə rasional bir gələcək qurmaq mümkün ola bilər.

İfrat gözləntilər

Bəşəriyyətin bu günki böhranı olan Covid-19 virusunun yaratdığı humanitar, iqtisadi və sosial ziyanı kapitalist sisteminin iflas etməsi və ya çökməsi kimi qiymətləndirənlər çox tez və hədsiz gözləntisi olan insanlardır. Bunun üçün həm zamana, həm də çoxyönlü tərəqqiyə və alternativ inkişafa ehtiyac var.

Korona böhranına görə Qərb ölkələrinin neoliberal siyasətdən uzaqlaşıb, dövlətin rolunu artırması ilə bağlı iddialar doğru olsa belə, çox ifratdır. Bu səbəbdən, dövlətlərin artıq köhnə neoliberal nizamlarını saxlaya bilməyəcəyini və inqilabi olaraq dəyişməyə məcbur olduqlarını demək qərəzli bir fərziyyədir.

Unutmamalıyıq ki, həm demokratiya, həm də neoliberal sistem insanlar tərəfindən pis hesab edilsə də, daha yaxşısı tapana qədər qüvvədə saxlanılır. Üstəlik, kommunizm çökərkən ondan daha işlək və davamlı olan bir liberal-kapitalist sistem mövcud idi. Kütlələr həyatlarını çətinə salan avtoritar kommunist sistemin birdən-birə çox zəif olduğunu başa düşüb sistemi yıxdılar. Bu gün mövcud neoliberal siyasətlərin əvəzinə tətbiq oluna biləcək bir alternativ sistem hələlik mövcud deyil.

Paul B. Prekiadonun dediyi kimi, “rəhbərliklərin avtoritar olmaq və fərdlərin özlərini təhlükəsiz hiss etmələri üçün itaət psixologiyasına girmək” təhlükəsi varmı?

Bu gün üçün bu təhlükə var, lakin sabah üçün, yəni koronanın olmadığı bir dünya üçün yoxdur. Eyni şey demokratiyaya da aiddir. Pandemiya ilə mübarizədə demokratiya ola bilməz. Müharibə bitdikdən sonra da vuruşmaq olmaz.

Neoliberal sistemə qarşı kommunist və ya totalitar hökumətləri görmək də yanlışdır. Covid-19 virusu neoliberal sistemin humanitar böhranını hər kəsə göstərdi. Lakin buna qarşı kommunist və ya totalitar sistemlərin önə çıxacağını düşünənlər yanılırlar. Çünki böhranı yaradan virus heç bir humanitar narahatlığı olmayan Çin Kommunist Xalq Respublikasından çıxıb dünyaya yayıldı. Hətta Çin də iqtisadi sistem olaraq kommunist sistemə deyil, neoliberal siyasətlərə üstünlük verir.

Kommunizmin məhv edə bilmədiyi Qərb dəyərlər sistemini koronanın məhv edəcəyini düşünmək çox ifrat gözləntidir.

İndi bir şey dəqiqdir ki, koronaya görə insan sağlamlığını nəzərə alaraq demokratik hüquq və azadlıqların məhdudlaşdırılması tədbirləri koronavirus bəlası ilə birlikdə ortadan qalxacaq.

Qərb, yəqin ki, demokratiya, özəl müəssisələr, azad bazar, hüquq və azadlıqlar kimi uğurlarını qurban vermədən ictimai xidmətlərdən dövlətə daha geniş səlahiyyət verən bir sistemə keçəcək. Qatı homogen neoliberal tətbiqlər də koronadan sonrakı dövrdə yumşalarkən, orta yol təklif edən sistemlər müzakirəyə çıxarılacaq.

Özəl müəssisələr və azad bazar iqtisadiyyatı şəraitində ictimai xidmət sahəsində dövlətin rolu artacaq.

Demokratik ölkələr mütləq azadlıqları məhdudlaşdıran bəzi addımlar atmaq məcburiyyətində qala bilərlər, lakin bu, insanın sağlamlığını qoruyaraq onun azadlığı əlindən almaq mənasına gəlmir.

Doğrudur, koronadan sonra heç bir şey əvvəlki kimi olmayacaq. BMT-dən AB-yə qədər bir çox beynəlxalq təşkilatların öz funksiyasını itirdiyi bir həqiqətdir. Bəşəriyyətin yeni bir dünya nizamına ehtiyacı olduğu da doğru bir təsbitdir. Ancaq bununla qurumların tamamilə yox olması və ya tətbiq olunan rejimlərin kökündən məhv edilməsi gözlənilmir.

Funksiyasını itirmiş təşkilatlar yenidən fəaliyyətə başlayacaq və qurumlar yenidən formalaşdırılacaqlar. Sistem dəyişikliyi isə uzunmüddətli bir prosesdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar