Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Yaxın Şərqi yenidən qan ocağına çevirmək istəyirlər

Suriyada və onun ətrafında gərginliyin yenidən artması müşahidə olunur...

Samir Hümbətov: “Bu gün Suriyada vəziyyət yenidən qarışıb. Görünür ki, Rusiyanın Suriyada olması Qərbi narahat edən məsələlər sırasında yer alır”.

“Ukraynadan sonra yenidən qarışacaq olan bölgə Suriyadır. Ola bilsin ki, bu qarışıqlıq İraqda və digər ərazilərdə də olsun”.

Bu sözləri politoloq Samir Hümbətov son günlər Suriya ərtafında baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Suriyada və onun ətrafında gərginliyin yenidən artması müşahidə olunur. Bəs bu artan gərginlik nədən xəbər verir? Demək olarmı ki, Yaxın Şərq uğrunda geosiyasi savaş yenidən Suriyadan başlayır və bu savaş nə qədər davam edə bilər, hansı nəticələrə gətirib çıxara bilər?

Suriyada nələrin baş verə biləcəyi ehtimalını Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər proses belə davam edəcəksə, yenidən Avrasiyada vəziyyət qarışa bilər. Hətta, düşünürəm ki, bu proses Afrikaya da sıçraya bilər”.

Suriya ərtafında başladılan oyunun qarşısını alacaq gücün hələ olmadığını qeyd edən politoloq Poliqon-a açıqlamasında əlavə edib ki, Qərb ölkələri nə İraqı, nə də Suriyanı tərk etmək istəmir:

“Son günlər Suriyada, xüsusilə Suriyanın şimalında Rusiyanın, Türkiyənin aktivləşdiyini görürük. Hətta ABŞ-ın dəstək verdiyi PKK, PYD və YPG-nin olduğu bölgələrdə ərəb tayfaları ilə savaş gedir. Eyni zamanda son dövrlər həmin bu savaşın içərisində biz Əsədin PKK ilə eyni sırada yer aldığını da görmüş olduq. Çünki Əsədin ərəb əşrətlərinə qarşı güc tətbiq etməsi, onların ərazilərini bonbalaması, ərazilərinə ciddi zərbələr endirməsi ondan xəbər verir ki, PKK-ya dəstək həm də Əsədin özündən gəlir.

Yəni, bu gün Suriyada vəziyyət yenidən qarışıb. Görünür ki, Rusiyanın Suriyada olması Qərbi narahat edən məsələlər sırasında yer alır. Həmçinin, Türkiyənin də orada olması Qərbə sərf etmir. Bu baxımdan, düşünürəm ki, Suriya uğrunda yenidən ciddi mübarizə gedir. Həm də düşünürəm ki, burada çox ciddi oyunlar gedir. Çünki Yaxın Şərqin yenidən dizayn edilməsi prosesinə artıq bir müddətdir start verilməsi haqqında Qərb mediasında ara-sıra məlumatlara rast gəlinir.

Samir Hümbətov: “İran da bu oyunun içərisindədir. Artıq geopolitik savaşın ən qaynar hissəsi Yaxın Şərqdə cərəyan edir”.

Görünən odur ki, Ukraynadan sonra yenidən qarışacaq olan bölgə Suriyadır. Ola bilsin ki, bu qarışıqlıq İraqda və digər ərazilərdə də olsun. Yəni, Yaxın Şərqi yenidən qan ocağına çevirmək istəyirlər. Suriya ərtafında başladılan oyunun qarşısını alacaq güc hələ ki, yoxdur. Qərb ölkələri nə İraqı, nə də Suriyanı tərk etmək istəmir. Eyni zamanda, oranı nə Rusiya, nə də Türkiyə tərk etmək istəmir. Buna görə də, orada ciddi mübarizə gedir.

Hesab edirəm ki, İran da bu oyunun içərisindədir. Artıq geopolitik savaşın ən qaynar hissəsi Yaxın Şərqdə cərəyan edir. Əgər proses belə davam edəcəksə, yenidən Avrasiyada vəziyyət qarışa bilər. Hətta, düşünürəm ki, bu proses Afrikaya da sıçraya bilər. Nəhayətdə də, böyük, genişmiqyaslı münaqişələr və müharibələr ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Ən çox oxunanalar