Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Çox böyük ehtimalla yaxın vaxtlarda Putin üç tərəfli görüş təşkil edəcək”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri: “Putin özü İlham Əliyevə zəng edib ki, danışıqlar prosesi nəticə verəcək. Çox böyük ehtimalla yaxın vaxtlarda məlum olacaq ki, Putin üç tərəfli görüş təşkil edib”

ATƏT-in vasitəçiliyində həmsədrlərin yaydığı axırıncı sənəddən güclü sənəd yoxdur. Bu sənədi bütün dünya ictimaiyyətinin rəyi kimi hesab etmək olar”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu prezident İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə etdiyi çıxışı və son Vyana görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdə çıxış edib.

Prezident çıxışı zamanı bildirib ki, bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: “Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”.

Dövlət başçısı qeyd edib ki, haqq-ədalət, tarixi həqiqət Azərbaycan tərəfindədir: “İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir”.

Prezidentin bu çıxışını necə şərh etmək olar və ümumiyyətlə son Vyana görüşündən sonra münaqişədə dəyişikliyin olacağını, yoxsa bu görüşün də o biri görüşlər kimi sadəcə tarixdə qalacağını gözləmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müracit edib.

Mübariz Əhmədoğlu: “Çəkinmədən deyə bilərəm ki, Putin İlham Əliyevə zəng edib”.

Ermənilərin özlərini danışıqlara hazır olduqlarını gösərməklə yanaşı onların iki strategiyasının olduğunu vurğulayan politoloq həmin strategiyalardan birinin imitasiya resursu, o birisinin isə Dağlıq Qarabağın tənzimlənməyə qatılması olduğunu bildirib:

Prezidentin bu çıxışı çox aydındır. Mən prezidentin bu çıxışında “növbəti dəfə” və “bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır” sözlərinin üstündə dayanardım. Bu vaxta qədər ermənilərin danışıqlar prosesində özünə məxsus iştirakları olub. Yəni ermənilər başa düşüblər ki, danışıqlar, sənədləşmə onların ziyanınadır. Amma guya bunlar sivildirlər, tənzimləməyə hazırdılar deyə, həm də başa düşüblər ki, dinc yolla tənzimlənmə olmasa, müharibə olacaq deyə özlərini danışığa hazır kimi göstərirlər.

Ermənilər özlərini danışıqlara hazır olduqlarını götərməklə yanaşı onların iki strategiyası olub. Bu strategiyadan biri onların imitasiya resursudur. Onlar həmişə müxtəlif yollarla çalışıblar ki, ya gündəliyi dəyişsinlər, ya da danışıqlara hansısa əngəl yaratsınlar. Ermənilərin ikinci strategiyası isə Dağlıq Qarabağın tənzimlənməyə qatılmasıdır.

Serj Sərkiyan da iki aydan bir təkrar edirdi ki, Dağlıq Qarabağ tənzimlənməyə qatılmalıdır. Bu işləri də reallaşdırmaq üçün Sərkisyan hökuməti vaxt aşırı təxribatlar edirdirlər ki, görüş pozulsun. Misal üçün 2011-ci il Kazan görüşündə Serj Sərkisyan dedi ki, İlham Əliyev Kazan sənədinə yazdığı şərti götürməyənə qədər Ermənistan danışıqlara qoşulmayacaq. Amma heç il yarım çəkmədi İlham Əliyev onları danışıq stolunun arxasında oturtdu. 2014-cü ilin aprelində də buna bənzər vəziyyət yarandı. Ermənsitan danışıqlardan yayındı. Hətta ermənilər etiraz etdilər və təlim keçirdilər. 2016-cı ilin aprel döyüşlərində sonra isə Ermənistan tələb irəli sürdü ki, hökmən apreldən əvvəlki vəziyyətə qayıdılmalıdır. Yəni ermənilərin fikrincə, guya onlar 800 hektar ərazi itiriblər. Həmin ərazinin də onlara qaytarılmasını tələb etdilər ki, bundan sonra danışıqlarda iştirak edəcəklər. 2017-ci ildə də ermənilər danışıqlardan imtina etdilər və buna görə təxribata əl atdılar. Balaca Zəhranı və onun nənəsin şəhid etdilə ki, görüşü pozsunlar. Amma prezidentimiz onları yenə ikitərəfli danışıqlar masasında oturtdu. Yəni İlham Əliyev çıxışında növbəti dəfə deyəndə bunları nəzərdə tuturdu.

Mübariz Əhmədoğlu: “Həmsədrlərin axırıncı bəynatının birinci hissəsində göstərilir ki, Dağlıq Qarabağın ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır və Dağlıq Qarabağın statusu azərbaycanlılar oraya qayıdandan sonra müəyyənləşəcək”.

Prezidentin bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır sözlərinə gəlincə isə deyə bilərəm ki, bunun ən yaxşı sübütü həmsədrlərin 9 mart bəyanatıdır. Paşinyan gündə müharibədən danışırdı və deyirdi ki, müharibə edəcəyik. Həmsədrlər də tənzimlənmə variantını ortaya qoyular. Həmin bəyanata da Dağlıq Qarabağın Ermənistnın ərazisinə çevrilməsi yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır. Sadəcə olaraq Dağlıq Qarabağın Azərbayacanın tərkibində qalması prosesi vaxt aparacaq.

Həmsədrlərin axırıncı bəynatının birinci hissəsində göstərilir ki, Dağlıq Qarabağın ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır və Dağlıq Qarabağın statusu azərbaycanlılar oraya qayıdandan sonra müəyyənləşəcək. ATƏT-in vasitəçiliyində həmsədrlərin yaydığı axırıncı sənəddən güclü sənəd yoxdur. Bu sənədi bütün dünya ictimaiyyətinin rəyi kimi hesab etmək olar.

Mübariz Əhmədoğlu: “Putin başa düşür ki, Ermənistanın günahına görə münaqişə gərginləşib və müdaxilə etməlidir”.

Son Vyana görüşündən sonra demək olar ki, aktivləşmə var. Onu qeyd edim ki, Vyana danışıqları yeni bir keyfiyyət yaratdı. Çünki Vyana sözü ermənilər tərəfindən əvvəl başqa mənada işlənirdi, amma kontekst tamam dəyişdi. Həmçinin Vyana danışıqlarından sonra Paşinyan Putinlə danışmaq ehtiyacı duydu. Üstündən bir gün keçəndən sonra da Putinlə İlham Əliyev arasında danışıqlar oldu. Mən çəkinmədən deyə bilərəm ki, Putin İlham Əliyevə zəng edib. Çünki biz aprel qələbəsin qeyd edirik, ordan da Ermənistanın müdafiə naziri Tonayan sərsəm bəyanat verir. Putin də AzərbaycanErmənistan ordusunun gücünə çox yaxşı bələddir. Putin bilir ki, əgər Ermənistan ordusu Azərbaycan ordusu ilə təkbətək qalsa, yəni Rusiya və qeyri dövlət Ermənistana dəstək verməsə, Azərbaycan ordusuna saatlar lazımdır ki, Ermənistanı ordusu qarışıq məhv etsin.

Putin özü İlham Əliyevə zəng edib ki, danışıqlar prosesi nəticə verəcək. Çox böyük ehtimalla yaxın vaxtlarda məlum olacaq ki, Putin üç tərəfli görüş təşkil edib. Aprel döüşlərində də Putin müdaxilə etdi və döyüş dayandırıldı. Bir müddətdən sonra da Putin Sank-Peterburq görüşü təşəbbüsünü irəli sürdü. Hesab edirəm ki, Putin başa düşür ki, Ermənistanın günahına görə münaqişə gərginləşib və müdaxilə etməlidir”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar