Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polisdən genişmiqyaslı əməliyyat: Pirotexniki vasitələr satanlar saxlanıldı

Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdan satışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, bir qrup şəxsin külli miqdarda pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək “Sədərək” Ticarət mərkəzində və digər ərazilərdə gizli şəkildə topdansatışını təşkil etmələri barədə daxili işlər orqanlarına əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin əhatə dairəsi və əlaqələri qısa zamanda dəqiqləşdirilib. Paytaxtın Xəzər, Qaradağ, eləcə də AğstafaQazax rayonlarında həyata keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstənin başçısı Elçin Kazımov, üzvləri Şəmməd Şəmmədov, Anar Süleymanov və pirotexniki vasitələrin satışını təşkil edən Camal Əliyevlə qardaşı Cavad saxlanılıblar. Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin AğstafaXəzər rayonunda yerləşən anbar kimi istifadə etdikləri saxlanc yerlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdikləri külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

"Qeyd edək ki, dəstə üzvləri paytaxt və ölkə ərazisinə bu maddələrin paylanılmasını, həmçinin satışını təşkil edən əsas şəxslər olublar. Onlar ifadələrində pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxlanılan şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 150 min manatdan artıq olub.

Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhval-ruhiyyəsinin, rahatlığının pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühitə qarşı da ciddi təhlükədir. Xüsusən də uşaqların əyləncə məqsədi ilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilər", - nazirlikdən bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Samir Əsədlidən Yardımlı seçicilərinə mesaj: “Hər zaman yanınızda olacam”

Ən çox oxunanalar