Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov: Putin Makron və Şoltsla danışıqlara açıqdır…

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva öz məqsədlərinə daha çox sülh yolu ilə nail olmağa kömək edəcək istənilən təmaslara hazırdır...

Poliqon.info xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində Peskovun iddiasına görə son vaxtlar Almaniya və Fransa liderlərindən Putinlə təmaslara başlamaq üçün heç bir təşəbbüs olmayıb.

“Biz Şolts və Macron-un çoxlu bəyanatlarını eşidirik, onlar vəziyyətdən çıxış yolları axtarmaq üçün Putinlə əlaqə saxlamağa davam edəcəklərini deyirlər. Ancaq son vaxtlar bununla bağlı heç bir təşəbbüs yoxdur. Biz Makronun Putinə zəng edib danışmağa hazır olması barədə beş-altı bəyanat eşitmişik, amma hamı bunu bilməlidir ki, daçışıqlar üçün üçün heç bir sorğu, oriyentasiya və ya mümkün tarixlər barədə sorğular olmayıb”, deyə Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Peskov əmindir ki, Fransa və Almaniya müharibədə Ukrayna tərəfində “döyüş dolayısı ilə iştirak edirlər, buna görə də onların vasitəçilik potensialı sadəcə yox olur.

Prezident Putin Rusiyaya bu və ya digər şəkildə öz məqsədlərinə çatmağa kömək edə biləcək istənilən təmaslara açıqdır. Sülh yolu ilə, danışıqlar masası arxasında Ukrayna probleminin həll yolu var. Lakin danışıqlardan imtina indi gördüyümüz vəziyyəti yaradır”, deyə Kreml sözçüsü əlavə edib.

Qeyd edək ki, yanvarda Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Ukraynada müharibənin bitməsi üçün Rusiya hərbi məğlubiyyətə uğramalıdır.

Fransa prezidenti Emmanuel Makron deyib ki, elə an gələcək ki, biz Rusiya ilə sülh qurmalı olacağıq. Fevralda o, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq konfrans keçirməyi təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Ən çox oxunanalar