Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Abbasovun müəllimi:"Pərvizi zaman dəyişməsə də, hazırda düşdüyü mühüt dəyişdi"

PİA.az Professor Musa Qəniyev "SONRA PEŞMAN OLMAYIN" adlı yazısını təqdim edir...

Covid 19 əleyhinə əsas diaqnostik metodlardan biri olan antitel təyini, mənim bildiyimə görə, Tibbi Sığorta Paketinə daxil edilməyib. Sual verirəm, nəyə görə? Axı hazırkı şəraitdə bu mütləq zərurətdir. Çünki antitel təyini ilə, Covid 19 infeksiyasına yoluxub-yoluxmama, onun mərhələ və dövrlərini, formalaşan immunitetin dayanıqlığı, ən əsası isə, xəstəlik keçirmiş şəxslərin yoluxdurucu olub-olmaması, müəyyən edilir. Bu səbəbdən, indiki şəraitdə antitellərin təyini məqsədilə aparılan qan analizi, TSP-yə daxil edilmiş təyinatlar içərisində ilk yerdə duranlardan birincisi olmalıdır. Bu analiz mütləq şəkildə ödənişsiz, məcburi, davamlı aparılmalı və hazırkı ekstremal şəraitdə, ən azından risk qrupunda olan bütün insanları, xüsusən tibb işçiləri və polisləri əhatə etməlidir.

Düzü bu haqda yazmaq istəmirdim. Lakin son günlər baş verən dəhşətli hadisələr, xüsusən hazırda çəkdiyi ağrıları öz ağrılarım bildiyim sevimli tələbələrimizdən biri olan, Pərviz Abbasovun həbsi məni buna vadar etdi.

Mən yalnız bildiklərimi, düşündüklərimi və gördüklərimi yazıram. Covid 19-la bağlı son 12 ayda yazdığım 60-a yaxın məqalə və etdiyim paylaşımlarda söylədiyim bütün xəbərdarlıqlar az keçməmiş öz təsdiqini tapır.

Mən dönə-dönə bir məsələni xüsusilə vurğulamışam:

- “hazırkı şəraitdə tibbi xidmət fövqəladə iş rejiminə keçirilməlidir; Covid 19 əleyhinə istər dərman vasitələri, istər test dəstləri, istər ambulator və xəstəxana xidməti “strateji məhsul və vasitə” elan olunmalı və ölkə vətəndaşlarının bu vasitələrə çıxışı, təmənnasız şərtlər daxilində və təxirəsalınmadan təmin olunmalıdır; bu halda şəffaflığın təminatına nəzarət yalnız DTX-ya həvalə olunmalıdır ki, bir kimsə, insanların bu günkü faciəsi üzərində maddiyyat axtarmaq haqqında düşünməyə belə cəsarət etməsin”. Bu mənim çoxsaylı çağrışlarımdan yalnız biri idi. Mən daima söyləyirdim: “bədbəxtlik üzərində maddiyyat axtaran, az keçmədən öz başında “dəmir yumruğu” görəcək.

Gördünüzmü həqiqəti?

İndi Pərvizə görə hər birimiz yanırıq. Bəli, xalqımız çox dəyərli bir vətəndaşını, ziyalısını, müəllimini, cərrahını, ən nəhayət yetişməsinə uzun illər vaxt və böyük əmək sərf olunmuş, tibb elmləri doktoru kimi dəyərli bir alimini itirir. Əslində Pərviz günahkar deyildır. O zamanın, dövrün “dəyişə bilməməyin, təslimçiliyin, yalançı vədlərin, keçmişin” qurbanı oldu.

Bilirsiz, Azərbaycan kiçik bir ölkədir. Azərbaycanlılar isə bir kökdən əmələ gəlmişlərdir, kökə doğru dönüşdə, Biz hamımız bir-birimizin qohumuyuq. Odur ki, həqiqət olan bir şeyi, el misalında deyilsə də, hazırda 40 gün yox, heç 3 gün gizlin saxlamaq mümkün deyildir. Axı bu neqativ hallar haqqında bəzi insanlar aylardan bəri danışır, sosial şəbəkələrdə yazırlar. Mən bu işdə Pərvizin təşkilatçı olmadığına tamamilə əminəm. Onun aldığı tərbiyə və yetişdiyi mühüt mənə bunu deməyə əsas verir.

İndi xatırlamaq ağrılı olsa da, hətta bir müddət əvvəl, tanıdığım bir dostundan bir neçə dəfə israrla xahiş etdim, Pərvizə bildirsin ki, mənim ona deyiləsi sözüm vardır. Lakin heç cür onunla əlaqə yarada bilmədim. Bax onda başa düşdüm ki, Pərvizi zaman dəyişməsə də, hazırda düşdüyü mühüt dəyişməyə vadar edib. Dərin sarsıntı keçirsəm də, mən bu günkü faciəni, ilk dəfə məhz onda- günlər öncə, gördüm.

Hazırda etmək istədiklərimiz Bizim istəyimiz xaricindədir. Yeganə olaraq bir şeyə əlimiz çata bilər. Gəlin Cənab Prezidentimizə ən sədaqətli insanlardan biri olan, xalqımızın dəyərli övladı, qapısı hər zaman sadə insanların üzünə açıq olan, Baş Prokurorumuz Kamran müəllimə müraciət edək və xahiş edək ki, istintaq müddətındə, Pərvizə qarşı olan həbs qəti imkan tədbirinin, ev dustaqlığı ilə əvəz olunmasına yardımçı olsun. Bu işi birbaşa nəzarətə götürsün ki, əsl günahkarlar, bir parça çörəyə ehtiyacı olanların son tikəsini əlindən alanlar, bədbəxlik üzərində maddiyyat axtaranlar, layiqli cəzasını alsın, alsın ki, insanların Səhiyyəyə itmiş inamı bərpa ola bilsin, dəyərli övladlarımız bir də kiminsə və nəyinsə qurbanı olmasın.

Bax, antitel təyininin Tibbi Sığorta Paketinə daxil edilməsini, söylədiklərimə münasibətdə, sabah baş verəcəkləri gördüyümə görə yazdım. Yazdım ki, yuxuda olan bəziləri, gec də olsa ayılsın, ayılsın ki zaman artıq həmən zaman deyildir, ayılsın ki, bu faciələr bir də heç bir vaxt yaşanmasın.

Mən gözləntiləri söyləyib, həmişəki kimi yenə xəbərdar etdim. Özünüz bilin, indi əməl edib-etməməkdə, yenə də seçim Sizindir. (pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

Ən çox oxunanalar