Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peruda etirazçılar ölkənin ən böyük hava limanına girməyə cəhd etdilər

Polislərlə qarşıdurmada bəzi fəalların daşla hücumu zamanı beş jurnalist yaralanıb...

Peruda hökumət əleyhinə nümayişlərdə etirazçılar ölkənin ikinci ən böyük şəhərinin hava limanına soxulmağa cəhd ediblər.

Arekipa şəhərinin Alfredo Rodrigez Ballon hava limanına zorla daxil olmaq istəyən etirazçıları polislər qarşılayıblar. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində üç nəfər yaralanıb, çoxlu sayda insan saxlanılıb.

Nəqliyyat və Rabitə Nazirliyi hadisələrlə əlaqədar hava limanının müvəqqəti bağlandığını açıqlayıb.

Digər tərəfdən, paytaxt Limada bir araya gələn tələbələr, həmkarlar ittifaqları və yerli nümayəndələr ölkə Prezidenti Dina Boluartenin istefasını, erkən seçkilərin elan edilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastilyonun sərbəst buraxılmasını tələb ediblər.

Polislərlə qarşıdurmada bəzi fəalların daşla hücumu zamanı beş jurnalist yaralanıb.

Minlərlə insanın müxtəlif şəhərlərdən avtobuslarla paytaxta daxil olması və etirazların şiddətinin daha da arta biləcəyi proqnozlaşdırılır.

2022-ci il dekabrın 11-dən hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayı biri polis olmaqla 53-ə yüksəlib, yaralananların sayı isə 750-ni keçib.(Anadolu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar