Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon M1 Abrams tankının havadan yanacaqla doldurulmasını nümayiş etdirib

ABŞ Ordusu və Hərbi Hava Qüvvələri təlim zamanı C-130J Super Hercules nəqliyyat təyyarəsi ilə M1A2 Abrams tankının “havadan” yanacaqla doldurulmasını nümayiş etdirib...

PİA.az xəbər verir ki, bu barədə EADaily nəşri məlumat yayıb.

Ağır silahlar böyük miqdarda yanacaq sərf edir və M1 Abrams ən çox yanacaq sərf edən tank hesab olunur. Buna görə də onu “acgöz tank” adlandırırdılar.

Qeyd edək ki, bundan əvvəl nəqliyyat təyyarələri ancaq digər təyyarələrə uçuş zamanı yanacaq doldura bilirdi. Yeni texnologiya isə artıq havadan yerdəki texnikaları da yanacaqla təmin etməyə imkan verir.

Bildirilir ki, ABŞ ordusunun M1A2 Abrams tankının yanacaqla doldurulmasını nümayiş etdirdiyi təlim dekabrın 9-da Texasdakı Fort Bliss bazasında baş tutub. Yanacaq doldurma zamanı xüsusi avadanlıqdan istifadə edilib ki, onların köməyi ilə hətta mühərriklər işlək vəziyyətdə olsa belə, mobil yanacaq dəstəyi təmin etmək mümkün olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar