Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon ABŞ ordusuna ayrılan vəsaitin tükənməsi ilə bağlı xəbərdarlıq edib

ABŞ Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Qarron Qarn bildirib ki, hərbi departament Konqres tərəfindən Ukraynaya yardım nəticəsində tükənmiş arsenalların doldurulması üçün ayrılan vəsaiti tükəndirib...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb.

Onun sözlərinə görə, mövcud vəsait balansı ehtiyatların artırılması üçün müraciətlərin miqyasına uyğun gəlmir, bu baxımdan Pentaqon qərarların daha geniş strateji hədəflərə uyğun olmasını təmin etmək üçün gələcək nəticələri diqqətlə qiymətləndirəcək.

"Əlavə maliyyə olmadan, Ordu hərbi təchizat çatışmazlığı ilə üzləşəcək və bu da öz növbəsində bizim hazırlığımıza təsir edəcək", deyə Qarron Qarn xəbərdarlıq edib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırdığını və bunun bu il sonuncu olacağını bildirmişdi. Sonradan məlum olub ki, ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkenə Ukraynaya 20 milyon dollara qədər əlavə yardımın göstərilməsinin mümkünlüyünü nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, Konqress Ukrayna, İsrail və Tayvan üçün nəzərdə tutulmuş 106 milyard dollarlıq yardımı Meksika sərhədindəki vəziyyətə görə təsdiqləməkdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar