Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə start verilib.

2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Yarışlar Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında keçirilir. Olimpia sistemi üzrə keçirilən yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.

 Yarışların birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra isə rayon yarışlarının qalibləri  Bakı şəhər mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayin 3-də final oyunları ilə yekun vurulacaqdır.Yarışların qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin rayon mərhələlərinə artıq start verilib. Açılış mərasimlərində iştirak edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə turnurdə uğurlar arzulayıblar.

Hazırda turnirin rayon mərhələləri davam edir. 

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar