Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxt ərazisində narkotik maddə satan dəstə saxlanıldı - Foto, Video

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı əvvəlcə Suraxanı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan Ramil Babayev saxlanılıb.

Onun üzərindən və evindən külli miqdarda heroin və “patı” adlanan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində əsasən Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, Ramil Babayev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Sedoy” adından istifadə edirdi.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilən Tərlan Həsənov da saxlanılıb. Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Tərlan Həsənov izahatında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Həmçinin, növbəti əməliyyat tədbiri zamanı Aytən Şıxheybətova Vüsal Manafov və Ümid Nəcəfov saxlanılaraq polis idarəsinə gətirilib və onların üzərlərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Bu şəxslər də izahatlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.

Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay