Çərşənbə, 27 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Rusiya demarşı - Moskva-İrəvan ittifaqı pozulub?..

Ermənistanın Baş naziri yenidən Rusiyanı bir çox məslələrdə ittiham edib...

Politoloq: “Nə qədər ki, Paşinyan hakimiyyətdədir Rusiya-Ermənistan münasibətləri pisləşməkdə davam edəcək”.

“Əslində, ermənilər rusların ərköyün balalarıdır. Ermənilər öyrənib ki, ruslar onları həmişə başının üstündə gəzdirsin”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşmaq cəhdlərini Poliqon-a şərh edərkən qeyd edib.

Paşinyan Politico qəzetində yenidən Rusiyanı bir çox məslələrdə ittiham edib. Xüsusilə o, bildirib ki, Qarabağdakı Rusiya sülhməramlıları öz vəzifələrinin öhdəsindən gəlməyib. Bundan əvvəl La Repubblica qəzetinə verdiyi müsahibədə Rusiyanı tənqid etməsi Moskvada çox pis qarşılanmış və ən yüksək səviyyədə Ermənistanın dost ölkə olmasına şübhə ilə yanaılmışdı.

Paşinyanın Rusiyaya qarşı demarşının davam etməsi nədən xəbər verir? Artıq demək olarmı ki, Cənubi Qafqazada Rusiya-Ermənistan ittifaqı pozulub və tarixə çevrilib?

Son zamanlar Ermənistanın Rusiyaya qarşı apardığı siyasətini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Əslində Paşinyan Ermənistanın strateji maraqlarına xidmət edən fikirləri səsləndirir və Rusiya ilə körpüləri yandıra-yandıra gedir”.

Paşinyanın anti-Rusiya addımlarında qərarlı olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan lideri bu qərarlığını millətinin milli maraqlarına uyğun hesab edir:

“Mənim zənnimcə, nə qədər ki, Paşinyan hakimiyyətdədir Rusiya-Ermənistan münasibətləri pisləşməkdə davam edəcək. Paşinyan müxtəlif uydurmalar uydurur və Rusiyanı onlara haradasa kömək etməməsi barədə qınıyır. Əslində, ermənilər rusların ərköyün balalarıdır. Ermənilər öyrənib ki, ruslar onları həmişə başının üstündə gəzdirsin.

İndi Rusiyanın strateji maraqları başqa şeyi tələb edir. Üstəlik Ermənistanın özünün də strateji maraqları Rusiyadan uzaqlaşmağı vacib edib. NATO-ya daxil olan ölkələr Ermənistanı NATO-ya cəlb etmək istəyir. Beləliklə də, onlar Ermənistanı Rusiyanın ağuşundan çıxarmaq istəyir. Buna görə də, Paşinyanın bir çox anti-Rusiya meyilli fikirlərini həm də onun siyasi manevrləri kimi də qiymətləndirmək olar. Yəni Rusiya ilə əlaqələri üzməyə, Rusiyadan uzaqlaşmağa çalışan bir ölkə belə uydurmaları danışır.

Qabil Hüseynli: “Rusiyanın Paşinyanı devirmək haqqındakı iddiaları da tez-tez müxtəlif mətbuat səhnələrində səsləndirildikcə, o, Moskvadan uzaqlaşmaq qərarlılığını daha aydın surətdə ifadə edir”.

Belə demək mümkündürsə, əslində Paşinyan Ermənistanın strateji maraqlarına xidmət edən fikirləri səsləndirir və Rusiya ilə körpüləri yandıra-yandıra gedir. Düşünürəm ki, Rusiyanın Paşinyanı devirmək haqqındakı iddiaları da tez-tez müxtəlif mətbuat səhnələrində səsləndirildikcə, o Moskvadan uzaqlaşmaq qərarlılığını daha aydın surətdə ifadə edir.

Bütün bunların nəzərə alaraq belə söyləmək mümkün ki, Paşinyan anti-Rusiya meyillərindən qərarlıdır. Paşinyan bu qərarlığını da millətinin milli maraqlarına uyğun hesab edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb- Yenilənib, Video

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb - Foto, Yenilənib

ABŞ rəsmisi Azərbaycanı təhdid etdi... - Vaşinqtondan gələn təhdid özünü necə göstərə bilər?

Azərbaycanda dəhşət: Ər-arvad benzin töküb özlərini yandırdılar

Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır"- Yenilənib

ABŞ Qarabağa beynəlxalq missiya göndərmək istəyir... - Məqsəd nədir?

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”

Gənc fəal erməni qızların Azərbaycanla bağlı etirafları - Video

Xocavənddə erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay